Gündəm

6 iş üzrə 1470,7 manat məbləğində iddia

20 İyul 2017 14:33

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Mənzil oğrusunun digər cinayətləri açıldı

20 İyul 2017 14:32

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxs əlavə olaraq daha 2 evdən və 1 avtomobildən oğurluq etməsi də müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Əli Əsgərlinin ətrafında Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin yanvar-mart ayları ərzində 2 evdən və 1 avtomobildən ümumilikdə 500 manat, 300 metr elektrik naqili və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Deputat sakinləri kənddən çıxarmaq istəyir?

20 İyul 2017 14:30

Bəzi KİV-lərdə Şamaxı şəhəri Cəlil Məmmədquluzadə 21 üvanında yaşayan Cəbrayılov Ağamikayıl Oruc oğlunun Sabirabad rayon Nizami kənd orta məktəbində müəllim işləyən oğlu Cəbrayılov Kazım və qardaşı, yenə kənddə müəllim işləyən Cəbrayılov Şahlar Oruc oğlunun qanunsuz həbs olunması ilə bağlı məlumatlar yayılıb. Şikayətçilər bildirib ki, hər iki müəllimi Sabirabad rayonundan deputat Rüstəm Xəlilov və onun qardaşı, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə Təsərrüfat İdarəsinin rəisi, ədliyyə polkovniki Ağəli Xəlilov həbs etdirib.

10 nəfər ədliyyə orqanlarından xaric edilib

20 İyul 2017 14:28

Bu ilin birinci yarısında 10 nəfər ədliyyə orqanlarından xaric olunub. “Olaylar” xəbər verir ki,  bu barədə məlumat Penitensiar Xidmətin 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabatında əksini tapıb. Belə ki, keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 72 mobil telefon, 79,343 qram müxtəlif narkotik və psixotrop maddələr, 58 litr qıcqırdılmış maye aşkarlanaraq götürülüb. 

Peskov: "Lapşinin Rusiyaya ekstradisiyasını nəzərdən keçirmirik"

20 İyul 2017 14:26

Bloqer Aleksandr Lapşinin Rusiyaya ekstradisiya olunması rəsmi Kremlin nəzərdən keçirdiyi mövzulardan deyil. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bu, Kremlin mövzusu deyil”, - deyə D. Peskov bildirib. A. Lapşinin vəkili Eduard Çurkin onun Rusiyaya ekstradisiya olunmasını istisna etməyib.

Əfqanıstanda "Taliban"ın hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 16 əməkdaşı ölüb

20 İyul 2017 14:23

Əfqanıstanda “Taliban” döyüşçülərinin hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 16 əməkdaşı ölüb, 7 nəfər yaralanıb.  Ölənlərin 10-u hərbçi, 6-sı isə polis olub. 

Prezident jurnalistlər üçün tikilmiş yaşayış binasının açılışında iştirak edib

20 İyul 2017 14:19

142 illik şərəfli bir yola malik olan Milli Mətbuatımız daha bir yaşını xoş anlarla, sevincli xatirələrlə başa vurur. Belə ki, kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün daha bir çoxmərtəbəli yaşayış binası istifadəyə verilir. Məlumat üçün qeyd edək ki, Milli Mətbuatımızın yaranmasının 135 illiyi ərəfəsində, Azərbaycan Mətbuat Şurasının binasının açılış mərasimi zamanı sözügedən media qurumunun rəhbərliyi dövlət başçısı ilə görüşdə jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlərin görülməsini ölkə başçısından xahiş etmişdilər.

Küveyt İranın 15 diplomatını qovdu

20 İyul 2017 14:18

Körfəz ölkəsi Küveyt İran ilə diplomatik əlaqəsində "yeni konkret addımlar" atmağa qərar verib

Danimarka sakini İstanbulda terror aktına yardım etməkdə şübhəli bilinərək həbs olunub

20 İyul 2017 14:13

Danimarka məhkəməsi 2017-cı il yanvarın 1-nə keçən gecə İstanbulun gecə klubunda baş verən terror aktı törətməyə yardım göstərməkdə şübhəli bilinən Veyle şəhər sakinini dörd həftə müddətinə həbs edib. 

“Qarabağ” - “Şerif” matçının vaxtı müəyyənləşdi

20 İyul 2017 14:11

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Şerif" matçının vaxtı müəyyənləşib. Ağdam təmsilçisi Moldova çempionunu iyulun 25-də qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 21:00-da start götürəcək.

Hava günəşli olacaq

20 İyul 2017 14:00

İyulun 21-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq, şərq küləyi əsəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  22-26° isti, gündüz  35-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə  23-25° isti, gündüz  36-38° isti olacağı gözlənilir. 

Ən çox dinlənilən mahnıya bu ölkə QADAĞA qoydu - VİDEO

20 İyul 2017 13:58

Dünya çapında ən çox dinlənilərək rekord qıran “Despakito” mahnısının yayımı Malaziyada qadağan edilib. Puerto-Rikolu müğənni Luis Daddy Yanke və Castin Biberin ifa etdiyi, dünyada 4.6 milyard insan tərəfindən dinlənən mahnı Malaziyadakı müsəlmanların şikayətləri üzərinə ölkənin radio və televiziya kanallarında qadağan edilib.

Natavan və Səidin oğlan toyunda nələr oldu?

20 İyul 2017 13:55

Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibi ilə reper Səid Əliyevin (Dado) oğlan toyu olub. Şəhər restoranlarından birində baş tutan gecəyə çox az sayda sənət adamı dəvət olunub. Müğənni Səidə Sultan da rəfiqəsini özəl günündə tək qoymayıb.

Almaniyadan kritik Türkiyə AÇIQLAMASI

20 İyul 2017 13:49

Almaniya xarici işlər naziri Siqmar Qabriel bu gün təşkil etdiyi mətbuat konfransında Büyükadada nəzarətə alınan 6 almaniyalı fəalın həbs olunması qərarı haqda danışıb. Qabriel həbslərin "əvvəlcədən planlaşdırılmış" olduğunu iddia edib.

İlham Əliyev: "Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, məmurlar hansısa qüsurlar buraxsınlar"

20 İyul 2017 13:44

"Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, məmurlar hansısa qüsurlar buraxsınlar". Bunu Prezident İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı deyib.