Danimarka sakini İstanbulda terror aktına yardım etməkdə şübhəli bilinərək həbs olunub
Danimarka məhkəməsi 2017-cı il yanvarın 1-nə keçən gecə İstanbulun gecə klubunda baş verən terror aktı törətməyə yardım göstərməkdə şübhəli bilinən Veyle şəhər sakinini dörd həftə müddətinə həbs edib.
20 İyul 2017 14:13 DünyaDanimarka məhkəməsi 2017-cı il yanvarın 1-nə keçən gecə İstanbulun gecə klubunda baş verən terror aktı törətməyə yardım göstərməkdə şübhəli bilinən Veyle şəhər sakinini dörd həftə müddətinə həbs edib. Danimarka hakimiyyəti Türkiyədən şübhəli şəxsin saxlanılmasına və Türkiyə tərəfinə verilməsinə dair sorğu alandan sonra 42 yaşlı kişini həbs edib. İttihamçı Dorte Möller-Andersenin dediyinə görə, iyunun sonunda şübhəli şəxs terror aktının araşdırılması ilə bağlı saxlanılıb, lakin həmin vaxtda Türkiyədən sorğu olmadığına görə o, sərbəst buraxılıb. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.