Almaniyadan kritik Türkiyə AÇIQLAMASI

Almaniya xarici işlər naziri Siqmar Qabriel bu gün təşkil etdiyi mətbuat konfransında Büyükadada nəzarətə alınan 6 almaniyalı fəalın həbs olunması qərarı haqda danışıb. Qabriel həbslərin "əvvəlcədən planlaşdırılmış" olduğunu iddia edib.

Almaniya xarici işlər naziri Siqmar Qabriel bu gün təşkil etdiyi mətbuat konfransında Büyükadada nəzarətə alınan 6 almaniyalı fəalın həbs olunması qərarı haqda danışıb. Qabriel həbslərin "əvvəlcədən planlaşdırılmış" olduğunu iddia edib. Qabriel həbs olunan Almaniya vətəndaşlarının Türkiyədə heç kimlə əlaqəsinin olmadığı söyləyib. O, Türkiyəni dialoqa çağırıb. Almaniya xarici işlər naziri ölkəsində yaşayan Türkiyə vətəndaşlarının cəmiyyətin əhəmiyyətli bir parçası olduğunu qeyd edib. O, həbslərin Türkiyədəki "müxalif səslərichr("39") susdurmaq cəhdi olduğunu, AB ölkələri ilə Türkiyənin hazırki vəziyyətini önümüzdəki həftə müzakirə edəcəklərini qeyd edib.

Qeyd edək ki, Almaniya Baş naziri Angela Merkel ötən gün verdiyi açıqlamada İstanbulun Büyükada rayonunda saxlanılan 6 fəalın həbs olunması qərarını qınadıqlarını, qərarın tamamilə haqsız olduğunu söyləmişdi. Milli.az CNN-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31