Marko Verratti "PSJ"-ni qıcıqlandıran agentini dəyişdi
"Barcelona"nın transfer etməyə çalışdığı Marko Verratti agentini dəyişib. 24 yaşlı yarımmüdafiəçi məşhur menecer Mino Rayola ilə çalışacaq. Verratti İnstagram səhifəsindən sabiq agenti Donato Di Kampliyə gördüyü işlərə görə təşəkkür edib. "Elan etmək istəyirəm ki, bu gündən etibarən idman maraqlarımı təmin edən yeganə şəxs Mino Rayoladır" - italyan futbolçu yazıb.
20 İyul 2017 15:00 İdman"Barcelona"nın transfer etməyə çalışdığı Marko Verratti agentini dəyişib. 24 yaşlı yarımmüdafiəçi məşhur menecer Mino Rayola ilə çalışacaq. Verratti İnstagram səhifəsindən sabiq agenti Donato Di Kampliyə gördüyü işlərə görə təşəkkür edib. "Elan etmək istəyirəm ki, bu gündən etibarən idman maraqlarımı təmin edən yeganə şəxs Mino Rayoladır" - italyan futbolçu yazıb.
Di Kampli daha öncə Çempionlar Liqasının qalibi olmaq istəyən futbolçuların "PSJ"-yə keçmədiyini demişdi. Verrattinin agentinin bu fikirlərinə görə üzr istəməli olmuşdu. Goal.az