Nazir: Bütün sosial layihələr uğurla icra edilib
Cari ilin ilk 6 ayında bütün dövlət proqramları və layihələri uğurla icra olunub. Bunu maliyyə naziri Samir Şərofov nazirliyin kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, konkret olaraq investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin ahəngdar maliyyələşdirilməsinə nail olunmuşdur.
20 İyul 2017 14:37 İqtisadiyyatCari ilin ilk 6 ayında bütün dövlət proqramları və layihələri uğurla icra olunub. Bunu maliyyə naziri Samir Şərifov nazirliyin kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, konkret olaraq investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin ahəngdar maliyyələşdirilməsinə nail olunmuşdur. S. Şərofov bildirib ki, 6 ayda icmal büdcənin gəlirləri 11,6 mlrd. manat və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz, xərcləri isə 11,5 mlrd. manat və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz çox icra edilmişdir. Dövlət büdcəsinin mədaxili isə 7,7 mlrd. manat və ya 102,3 faiz, xərcləri isə 8,2 mlrd. manat və ya 100,0 faiz icra edilmişdir.