“Jurnalistlərə mənzillərin verilməsi onların yaşayış şəraitinin yaxşılaşdırılmasına diqqətlə yanaşıldığını göstərir”
"Mətbuat işçilərinə evlərin paylanması, mətbuatın necə vacib sahə olduğunun bariz nümunəsidir”. Bunu "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib.
20 İyul 2017 15:05 Siyasət"Mətbuat işçilərinə evlərin paylanması, mətbuatın necə vacib sahə olduğunun bariz nümunəsidir". Bunu "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz deyib.
Onun sözlərinə görə, yaxşı haldır ki, Prezident və yürütdüyü siyasətdə mətbuta qayğı öz yerini tapıb: "Bu, həm də təkcə evlərin tikilib paylanması deyil, vaxtaşırı digər məsələlərdə də özünü göstərir: "Mətbuata diqqət, mətbuatın müstəqil olmasına ən yaxşı töfhədir. Son illərdə isə jurnalistlərin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələr icra edilib. Azərbaycan dünyada yeganə ölkədir ki, mətbuat nümayəndələrinə dövlət tərəfindən pulsuz olaraq mənzil verilir. Bu gün 255 jurnalistə mənzil təqdim olundu. Bunun özü bir daha sübut edir ki, ölkəmizdə KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri, azad mətbuatın təmin edilməsi ilə yanaşı, dövlətimiz jurnalistlərin mənzil-məişət məsələlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşır".
Bu tədbirlərin ardıcıl xarakter daşıyacağını qeyd edən Y. Oğuz söyləyib ki, mətbuat nümayəndələri də öz növbələrində onlara göstərilən etimadı doğrultmalı, Ölkə başçısı və dövlətçilik prinsipləri ətrafında sıx birləşməlidir. Sia.az