Gündəm

“İranda azərbaycanlı nazirlərin sayı artmalıdır” - Qazipur

20 İyul 2017 16:18

İran Milli Məclisinin Azərbaycan əyalətinin Urmiya millət vəkili Nadir Qazipur prezident Həsən Ruhaniyə yeni quracağı 12-ci kabinetdə daha çox türk əsilli nazirlərə yer verilməsiylə bağlı müraciət edib. Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb. Qazipur deyib ki, kabinetdə türk soylu (azərbaycanlı) nazirlərin sayı artmalıdır: "Əgər belə olmazsa, Ruhani hökuməti türklərin yaşadığı yerlərdən vəkil olan türk əsilli 110 deputatdan səs vermə üçün "bəli" səsi gözləməsin... İran əhalisinin təxminən 50 faizi türkcə (Azərbaycanca) danışır. Məclisə tövsiyə ediləcək yeni Təhsil naziri Konstitusiyanın 15 və 19-cu maddələrinin tətbiqi, məktəb və universitetlərdə azərbaycanca təhsili reallaşdırmağın lazım olduğunu bilməlidir".

Rusiyada axtarışda olan azərbaycanlının meyiti tapıldı

20 İyul 2017 16:16

Dünən Kiyevdə qətlə yetirilən Rusiya vətəndaşının kimliyinə aydınlıq gəlib. Bu şəxs milliyətcə azərbaycanlı, Rusiyanın Altay diyarında qeydiyyatda olan Asif Məmmədovdur. O, qətl hadisəsinə görə Rusiya Federasiyası tərəfindən axtarışa verilibmiş. Onun qisas zəminində qətlə yetirildiyi ehtimal edilir.

ABŞ-da erməni haker 5 il azadlıqdan məhrum edildi

20 İyul 2017 16:11

Rusiya vətəndaşı Mark Vartanyan ABŞ məhkəməsi tərəfindən hakerlikdə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum olunub. Hökm Corciya ştatının Şimal Dairə Məhkəməsi tərəfindən çıxarılıb. Vartanyan bir epizod üzrə kompüter dələduzluğunda özünü təqsirli bilib.

Rusiya raket kompleksi bazarını ələ keçirir

20 İyul 2017 16:05

Rusiyanın havadan müdafiə silahları istehsal edən “Almaz-Antey” şirkətinin sədr müavini Vlaçeslav Dzirkaln S-400 raketlərdən müdafiə sistemləri ilə həm rus ordusunu təmin etmək, həm də bu komleksi xarici ölkələrə ixrac etməyə hazır olduqlarını bildirib.

İŞİD partizan savaşına hazırlaşır

20 İyul 2017 16:01

İraq və kürd səlahiyyətliləri İŞİD-in verdiyi torpaq itkilərindən sonra strateji dəyişiklik etdiyini və partizan savaşına hazırlaşdığını iddia edir.

"28 Mall"da ermənipərəst turisti paltarını çıxarmağa məcbur etdilər

20 İyul 2017 15:57

Bakıda İrandan gələn turistin geyimi etiraza səbəb olub. Hadisə "28 Mall"da baş verib. Üzərində "Ermənistan" yazısı olan geyimlə ticarət mərkəzində dolaşan turistin geyimi qınağa səbəb olub.

Yaxın Şərqdə türk kimliyini silməyə çalışırlar

20 İyul 2017 15:48

Azərbaycanda bizim türk qardaşlarımız yaşayır və türk qardaşlarımızla əlaqələri inkişaf etdirmək məqsədilə bu kimi səfərlər edirik. Biz saxaların İslam ilə heç bir əlaqəsi olmasa da, türkçülüyü inklşaf etdirir, öz kimliyimizi qoruyub saxlayırıq. Çünki özünü, kimliyini unudan bir dövlət heç vaxt ayaqda qala bilməz.

XİN Rusiyanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcəyi barədə məlumatlara aydınlıq gətirib

20 İyul 2017 15:46

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyada görüşünün keçiriləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib. Rusiya XİN rəsmi nümayəndəsinin müavini Artyom Kojin bildirib ki, bir müddət əvvəl "İzvestiya" qəzetində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün guya Moskvada keçirilməsi ilə bağlı yayılan məlumatla tanışdırlar.

Nazir təbrik etdi

20 İyul 2017 15:43

Türkiyənin Baş naziri Binəli Yıldırım iraqlı həmkarı Heydər əl-Abadini Mosul şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi münasibətilə təbrik edib. “Olaylar” Türkiyə mətbuatına istinadən bildirir ki,  Binəli Yıldırım rəsmi Ankaranın şəhərin bərpa olunması üçün kömək etməyə hazır olduğunu bildirib.

Şahin Mustafayev: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır

20 İyul 2017 15:41

“Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır”. Bu fikri iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Ş.Mustafayev bildirib ki, hazırda Azərbaycan-Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır.

Dənizdə batan daha bir nəfər xilas edilib

20 İyul 2017 15:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakının Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. “Olaylar” FHN-in saytına istinadən xəbər verir ki, Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Bakı sakinini Sumqayıtda avtomobil vurdu

20 İyul 2017 15:39

Sumqayıtda maşın yoldan keçən şəxsi vurub. DİN-dən “Olaylar”a verilən məlumata görə, iyulun 19-da saat 18 radələrində Sumqayıt şəhərinin Yeni Bulvar ərazisində şəhər sakini Kənan Cabbarov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Sərhəddin Xəlilovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Qəbələ sakinini həyətində 76 çətənə kolu aşkar edilib

20 İyul 2017 15:37

Qəbələ rayonunun Tikanlı kənd sakinindən ümumilkdə 2,553 kq marixuana, həyətyanı sahəsindən isə 76 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Qəbələ Rayon Polis Şğbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakini Ataman Hacıyevdən 1,2 qram marixuana götürülüb. Onun evinə baxış zamanı isə əlavə olaraq 2 kiloqram 552 qram marixuana, həyətyanı sahəsindən isə 76 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Elmar Məmmədyarov Tacikistan səfirini qəbul edib

20 İyul 2017 15:35

Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, səfir Zohir Saidov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.  Elmar Məmmədyarov səfir Zohir Saidova gələcək fəaliyyətində uğurlar arzu edib.

15 diplomat ölkədən çıxarıldı

20 İyul 2017 15:34

Küveytdə fəaliyyət göstərən  İran İslam Respublikasının mədəniyyət nümayəndəliyi bağlanılıb. 15 diplomat ölkələrinə göndərilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Basra Körfəzində yeni böhran yaşanılır.