Rusiya raket kompleksi bazarını ələ keçirir

Rusiyanın havadan müdafiə silahları istehsal edən “Almaz-Antey” şirkətinin sədr müavini Vlaçeslav Dzirkaln S-400 raketlərdən müdafiə sistemləri ilə həm rus ordusunu təmin etmək, həm də bu komleksi xarici ölkələrə ixrac etməyə hazır olduqlarını bildirib.

Rusiyanın havadan müdafiə silahları istehsal edən "Almaz-Antey" şirkətinin sədr müavini Vlaçeslav Dzirkaln S-400 raketlərdən müdafiə sistemləri ilə həm rus ordusunu təmin etmək, həm də bu komleksi xarici ölkələrə ixrac etməyə hazır olduqlarını bildirib. Dzirkaln şirkətin həm Rusiyanın, həm də xarici ölkələrin tələbatlarını ödəyəcək istehsal potensialına sahib olduğunu qeyd edib. "Almaz-Antey" şirkətinin Nijnıy Novqorod və Kirov şəhərlərində 2 böyük fabrikini istifadəyə verdiyini, Sankt-Peterburqda 3 fabrik və 3 universitetin inşasının başa çatmaq üzrə olduğunu deyən müavin bu potensial sayəsində həm rus ordusunun ehtiyaclarını, həm də beynəlxalq razılaşmalardakı sifarişləri təmin edəcəklərindən əmin olduğunu qeyd edib.

Hindistanla üzərində müzakirələr apardığı "S-400" kopleksini Rusiya ilk olaraq Çinə satacaq. Türkiyə ilə bu mövzuda davam edən uzunmüddəli görüşlər isə artıq yekunlaşmaq üzrədir. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31