Gündəm

Ən bahalı gənc futbolçular açıqlandı

20 İyul 2017 17:12

"Soccerex" portalı 21 yaşdan aşağı futbolçuların ən bahalı olanlarını müəyyənləşdirib. Siyahı gənc futbolçuların faydalı iş göstəriciləri və oyun sayına əsasən tərtib olunub.

Vəkil sabiq deputatla bağlı bütün gizlinləri AÇDI və bunu TƏLƏB ETDİ

20 İyul 2017 17:13

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək həbs edilən iş adamı və sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Nazirlikdən təhlükəli virus XƏBƏRDARLIĞI

20 İyul 2017 17:09

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Android” istifadəçilərini hədəf seçən yeni virus qeydə alınması barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, virus “Google”un rəsmi tətbiqlər mağazası olan “Play Store”-dan yüklənən saxta proqram tətbiqləri vasitəsi ilə telefonlara yoluxur. “LeakerLocker” adlanan virus şəxsi şəkillərinizi, mesajlarınızı, internet brauzer tarixçənizi, e-poçtlarınızı ələ keçirdiyini iddia edərək müəyyən məbləğ qarşılığında istifadəçini təhdid edir və bütün informasiyanı telefonunuzdakı kontaktlara göndərəcəyini bildirir.

Ukraynadan toyuq əti idxal edən şirkətlərin vəzifəli şəxslərinə qarşı cinayət işi açılıb

20 İyul 2017 17:03

Ukraynadan ölkəmizə tərkibində normadan 6 dəfəyə qədər artıq nəmliyin kütlə payı olan dondurulmuş toyuq əti məhsulları idxal edən bir neçə şirkətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Dövlət Departamenti: Azərbaycan Birləşmiş Ştatlarla sıx antiterror əməkdaşlığını dəstəkləyir

20 İyul 2017 17:01

Azərbaycan Birləşmiş Ştatlarla sıx antiterror əməkdaşlığını dəstəkləyir və Qafqaz regionu vasitəsilə insanlara pul və maddi vəsaitlər ötürməyə çalışan terror təşkilatları ilə aktiv mübarizə aparır.  Bu barədə ABŞ Dövlət Departamentinin 2016-cı il hesabatında deyilir.

Səfir: Azərbaycan hər zaman Türkiyəyə ciddi dəstək verib

20 İyul 2017 16:57

Azərbaycan hər zaman Türkiyəyə ciddi dəstək verib. Bunu bu gün Türkiyə səfirliyində, Ankarada 15 iyul hərbi çevriliş cəhdinin ildönümündə iştirak edən Azərbaycan mətbuatının nümayəndələri ilə görüşü zamanı səfir Erkan Özoral deyib.

Pensiyaçıların sayı açıqlandı

20 İyul 2017 16:52

"2017-ci ilin 1 iyul tarixinə Azərbaycanda  əmək pensiyaçılarının sayı 1 mln. 325 min nəfər təşkil edir". Bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

20 İyul 2017 16:48

Qadınlardan ibarət Azərbaycan milli komandası Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək. İyulun 26-da və 29-da keçiriləcək görüşlər "Dalğa Arena"da baş tutacaq. Hər iki oyun saat 19:00-da başlayacaq. Qarşılaşmalara hazırlıq məqsədilə bu gündən etibarən Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.

İqlimşünas: “Hazırda Azərbaycanda dayanıqlı tropik hava kütlələri hökm sürür”

20 İyul 2017 16:47

“Hazırda Azərbaycan ərazisində müşahidə olunan hava şəraiti iyul ayı üçün xarakterikdir və iqlim normasına uyğundur”. Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

Əvəz Ələkbərova “Əməkdar müəllim” fəxri adı verilib

20 İyul 2017 16:41

Azərbaycan Prezidenti İlham Əliyev Əvəz Ələkbərova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Şirniyyatın içində narkotik maddə aşkar edilib

20 İyul 2017 16:34

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarəti həyata keçirilən salona daxil olaraq, İran İslam Respublikasında ona 1 ədəd sellofan torbada müxtəlif şirniyyat verildiyini və həmin şirniyyatın içərisində narkotik maddələrin gizlədildiyini bildirib.

6 fəhlə krandan yıxıldı

20 İyul 2017 16:32

Türkiyənin Adana vilayətinin Sarıçam rayonunda gübrə fabrikin damında təmir işləri aparan 6 fəhlə krandan yıxılıb. “Olaylar” “Hüriyyet” - ə istinadən bildirir ki, hadisə zamanı fəhlələrdən 2-si həlak olub, 4-ü yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Sumqayıt yolunda tələbələrin öldüyü qorxunc qəzada sağ qalan şəxsdən QANDONDURAN SÖZLƏR

20 İyul 2017 16:30

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə baş tutan prosesdə zərərçəkmiş Elgiz Həsənov ifadə verib.

Deputat 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

20 İyul 2017 16:27

Prezident İlham Əliyev Ağalar Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumata görə, sərəncamla Azərbaycan Respublikasında tikinti sahəsində səmərəli fəaliyyətinə görə Ağalar İsrəfil oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Aydın Mirzəzadə: " Bu addımı ilə dövlət başçısı azad mətbutatın inkişafına dəstək verdiyini göstərdi"

20 İyul 2017 16:26

"Bu addımı ilə dövlət başçısı azad mətbutatın inkişafına dəstək verdiyini və qələm sahiblərinin sosial vəziyyətinin yaxşılaşmasını daima diqqətdə saxladığını göstərdi". “Olaylar” xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. O, qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 255 nəfərə mətbuat işçisinə xüsusi olaraq jurnalistlər üçün yeni inşa edilmiş çoxmərtbəli yaşayış binasında mənzil verilib: "Birinci binada olduğu kimi bu dəfə də mənzillər öz fəaliyyəti ilə mətbuatın adına hörmət gətirən və mənzilə kəskin ehtiyacı olan jurnalistlərə verilib.