Dövlət Departamenti: Azərbaycan Birləşmiş Ştatlarla sıx antiterror əməkdaşlığını dəstəkləyir

Azərbaycan Birləşmiş Ştatlarla sıx antiterror əməkdaşlığını dəstəkləyir və Qafqaz regionu vasitəsilə insanlara pul və maddi vəsaitlər ötürməyə çalışan terror təşkilatları ilə aktiv mübarizə aparır.  Bu barədə ABŞ Dövlət Departamentinin 2016-cı il hesabatında deyilir.

Qeyd olunur ki, Azərbaycan diqqətini əvvəlki kimi terrorizmlə mübarizə üzrə səylərə cəmləyib: "Azərbaycan məlumat mübadiləsi yolu ilə İraq və Suriyaya əcnəbi terrorçuların axınının, eləcə də bu ölkələrdə terror qruplarının qanunsuz maliyyələşdirilməsinin qarşısının alınması üçün İŞİD terror təşkilatına qarşı müqavimət göstərməyə hazır olduğunu bəyan edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31