Gündəm

Səudiyyə Ərəbistanı şahzadələrindən biri kralın əmri ilə həbs olunub

20 İyul 2017 18:22

Səudiyyə Ərəbistanı şahzadələrdən biri sosial şəbəkələrdə yayılan videodan sonra həbs olunub.  Bu barədə Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz əl-Saud qərar verib.

Qohumları yaralı erməni hərbçilərinə münasibətdən şikayətçidirlər

20 İyul 2017 18:20

Yaralı erməni hərbçilərinin yaxınları hospitalda göstərilən münasibətdən hakimiyyətə şikayət edib. Sünik vilayətinin İşxanasar yaşayış məntəqəsinin sakini Anna Atanesyan Qarabağda hərbi xidmət keçən qohumu əsgər Artur Tatevosyanın hərbi hissədə döyüldükdən sonra Hadrut hospitalına yerləşdirilməsi və göstərilən qeyri-insani münasibətdən sosial şəbəkələr vasitəsilə hökumətə müraciət edib.

Gənc taekvondoçular Bolqarıstanda məşq edəcək

20 İyul 2017 18:18

Bu gün yeniyetmələrdən ibarət milli yığma komandamız Bolqarıstana yola düşür. Azərbaycan Taekvondo Federasiyasının məşq zallnda təlim-məşqlərı başa vuran yığma 21-28 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində bir neçə ölkənin iştirak ilə təşkil edilən beynəlxalq təlim-məşqlərə qatılacaq.

Berlində QORXULU ANLAR: hava limanı boşaldılır

20 İyul 2017 18:13

Berlində hal-hazırda həyəcanlı anlar yaşanır. Almaniyanın paytaxtında olan Schönefeld hava limanında şübhəli bir çanta aşkar edilib. Sərnişinlərin dərhal evakuasiya edilməsinə başlanılıb.

Ququş Ermənistana gedir

20 İyul 2017 18:10

Azərbaycan əsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) Ermənistanda konsert verəcək. Bu barədə sənətçi rəsmi İnstagram səhifəsində məlumat yayıb.  Bildirilir ki, Ququş 31 avqust tarixində İrəvanda pərəstişkarlarının qarşısına çıxacaq. 

Tutuquşunun şahidlik etdiyi cinayətin üstü açıldı

20 İyul 2017 18:04

Amerika Birləşmiş Ştatlarının Miçiqan əyalətində bəslədiyi tutuquşunun gözü qarşısında həyat yoldaşını öldürən Glenna Duramın məhkəmə prosesi başa çatıb. Qadın həyat yoldaşını odlu silah vasitəsilə öldürüb. Məhkəmə qadının birinci dərəcəli cinayətkar kimi həbsinə qərar verib. Glenna həyat yoldaşı Martini 5 güllə ilə öldürdükdən sonra intihar etməyə cəhd edib, lakin sağ qalıb.

Əliməmməd Nuriyev: "Jurnalistlər mənim köməkçilərimdir" ifadəsi söz azadlığına verilən ən böyük dəyərdir”

20 İyul 2017 18:00

“Hörmətli Prezidentimiz bu gün növbəti dəfə 255 jurnalistə mənzil hədiyyə etdi. Düşüncəsindən, mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq, uzun illər müxtəlif yönümlü KİV-lərdə çalışan media işçiləri mükafatlandırılması postsovet məkanında ilk nümunədir. Azərbaycan mediasını xarici təsirlərdən qorumaq, söz və ifadə azadlığının inkişafına dəstək olmaq baxımından bu misilsiz bir addımdır”.

Baş redaktordan prezidentə müraciət: "Biz inanırıq ki, sizin dəstəyinizlə mənzil sahibi olacağıq"

20 İyul 2017 17:58

22 İyul Milli Mətbuat Günü münasibəti ilə bütün media işçilərini təbrik edirəm. Əslində medianın qabaqcıl nümayəndələri ilə münasibətimin yaxşı olmasına çox sevinirəm. Mətbuat mənim inkişafımda əvəzolunmaz təhsil ocağıdır. Aldığım təhsillə yanaşı, mətbuatın da həyatımda mükəmməl rolu var. Mənə təkan verən, ilhamlandıran hər bir media qabaqcıllarını xüsusilə təbrik və təşəkkür edirəm. 

"Nardaran işi"ndə həbs olunanlar hakimə ayaqqabı atdılar

20 İyul 2017 17:56

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsindəki hökmdən verilən apellyasiya şikayəti  üzrə məhkəmə prosesi davam etdirilib.

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Rusiyada tutulub

20 İyul 2017 17:29

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxaq axtarışa verdiyi şəxs Rusiyada tutulub. Azərbaycan vətəndaşı Teymur Məmmədov Samara şəhərində adam oğurluğu cinayətinə görə saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiya olunması üçün iş aparılır.

İtaliyanın 2 nəhəng klubu arasında oyunçu yerdəyişməsi baş verib

20 İyul 2017 17:22

İtaliyanın "Yuventus" və "Milan" klubları arasında futbolçu yerdəyişməsi baş verib. 24 yaşlı müdafiəçi Mattia De Şilyo "Yuventus"a keçib.

"Azercell": İlin ilk yarısında uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

20 İyul 2017 17:21

"Azercell Telekom" MMC-nin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti 2017-ci ilin ilk 6 ayı üzrə hesabatını açıqlayıb. Mobil operatordan verilən məlumata görə, yanvar-iyun ayları ərzində  "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə ümumilikdə 1458 zəng daxil olub, onlardan 53-ü hüquqi, 28-i psixoloji, 15-i səhiyyə, 350-si təhsil, 634-ü sosial, 18-i zorakılıq, 5-i fiziki, 40-ı etinasızlıq, 315-i də digər müraciətlərlə bağlı olub.

Azərbaycan XİN: Lapşinin azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü ilə ədalət təmin olundu

20 İyul 2017 17:19

Aleksandr Lapşinin azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü ilə ədalət təmin olundu. Bu barədə cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev A.Lapşin barəsində məhkəmənin qərarı ilə hökm çıxarılmasına münasibət bildirərkən deyib.

Xəzərdə çimmək qadağan edildi

20 İyul 2017 17:17

İranın Xəzər sahillərində yerləşən vilayət çimərliklərində aparılan yoxlamalardan sonra 13 çimərliyin suyundan istifadə qadağan olnub. İranın Xəzər sahillərində yerləşən 56 çimərlikdən Mazandaranda 10, Gilanda 2, Gülüstanda isə 1 çimərlikdə çimmək qadağan olunub.

Döymələrini sildirmək istəyən gənc qadının həyatı qaraldı - VİDEO

20 İyul 2017 17:15

Adanada bədənindəki döymələri narahat olub sildirmək üçün əməliyyat olunan 23 yaşlı Dilan Deniz Kılıçın bədənində qalıcı izlər meydana gəlib. Psixoloji olaraq sarsılan Kılıç həkimə 500 min lirəlik təzminat iddiası qaldırıb.