Gənc taekvondoçular Bolqarıstanda məşq edəcək

Bu gün yeniyetmələrdən ibarət milli yığma komandamız Bolqarıstana yola düşür. Azərbaycan Taekvondo Federasiyasının məşq zallnda təlim-məşqlərı başa vuran yığma 21-28 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində bir neçə ölkənin iştirak ilə təşkil edilən beynəlxalq təlim-məşqlərə qatılacaq.

Bu gün yeniyetmələrdən ibarət milli yığma komandamız Bolqarıstana yola düşür. Azərbaycan Taekvondo Federasiyasının məşq zallnda təlim-məşqlərı başa vuran yığma 21-28 avqust tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində bir neçə ölkənin iştirak ilə təşkil edilən beynəlxalq təlim-məşqlərə qatılacaq. Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə 10 idmançımız bu məşqlərdə iştirak edəcək. Belə ki, oğlanlardan Nihad Əlizadə, Riyad Şirəliyev, İsmayıl İsmayılov, Yaşar Məmmədli, Pərviz İsgəndərov, qızlardan isə Aysu Məmmədova, Gülsüm Həsənzadə, Ofeliya Allahverdiyeva və Aydan Əliyevakomandanın heyətində yer alıb.

Avqust ayinda Misirdə yeniyetmələr arasında dünya birinciliyi keçiriləcək. Komandamızın bu məşqlərdə iştirakı da birinciliyə hazırlıq məqsədi daşıyır.
Millimiz 28 iyul tarixində vətənə dönəcək. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31