İtaliyanın 2 nəhəng klubu arasında oyunçu yerdəyişməsi baş verib

İtaliyanın "Yuventus" və "Milan" klubları arasında futbolçu yerdəyişməsi baş verib. 24 yaşlı müdafiəçi Mattia De Şilyo "Yuventus"a keçib.

İtaliyanın "Yuventus" və "Milan" klubları arasında futbolçu yerdəyişməsi baş verib. 24 yaşlı müdafiəçi Mattia De Şilyo "Yuventus"a keçib.

İtaliya millisinin müdafiəçisi ilə 2022-ci ilin yayınadək müqavilə bağlanılıb. Bu transferdən ötrü "Milan"a qarşıdakı 3 il ərzində 12 milyon avro ödəniləcək. Anlaşmanın qüvvədə olduğu müddətdə bu məbləğ müxtəlif bonuslar hesabına 500 min avroyadək yüksələ bilər. Əvəzində "Yuventus"un müdafiəçisi Leonardo Bonuççi "Milan"la 2022-ci ilədək müqavilə bağlayıb. 30 yaşlı oyunçu bunadək 7 il Turin komandasının formasını geyinib.  Report.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31