Əliməmməd Nuriyev: "Jurnalistlər mənim köməkçilərimdir" ifadəsi söz azadlığına verilən ən böyük dəyərdir”
“Hörmətli Prezidentimiz bu gün növbəti dəfə 255 jurnalistə mənzil hədiyyə etdi. Düşüncəsindən, mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq, uzun illər müxtəlif yönümlü KİV-lərdə çalışan media işçiləri mükafatlandırılması postsovet məkanında ilk nümunədir. Azərbaycan mediasını xarici təsirlərdən qorumaq, söz və ifadə azadlığının inkişafına dəstək olmaq baxımından bu misilsiz bir addımdır”.
20 İyul 2017 18:00 Siyasət"Hörmətli Prezidentimiz bu gün növbəti dəfə 255 jurnalistə mənzil hədiyyə etdi. Düşüncəsindən, mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq, uzun illər müxtəlif yönümlü KİV-lərdə çalışan media işçiləri mükafatlandırılması postsovet məkanında ilk nümunədir. Azərbaycan mediasını xarici təsirlərdən qorumaq, söz və ifadə azadlığının inkişafına dəstək olmaq baxımından bu misilsiz bir addımdır". Bunu deyən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, cənab prezidentin bu gün ikinci binanın açılışında qeyd etdiyi kimi "jurnalistlər mənim köməkçilərimdir" ifadəsi jurnalistlərə, söz azadlığına verilən ən böyük dəyərdir: "Qeyd etmək lazımdır ki, ölkəmizdə medianın inkişafına ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan KİV-in dəstək siyasəti bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi və ölkəmizdə bütün sahələrin, o cümlədən vətəndaş cəmiyyəti və KİV-in inkişafında davamlı addımlarına görə Cənab Prezidentə minnətdarıq və hər zaman bu siyasətin icrası prosesində iştirak etməkdən qürur duyuruq. Bir daha mənzil sahibi olan jurnalist dostlarımızı təbrik edirəm, bu işdə əməyi keçən hər kəsə yeni-yeni uğurlar arzulayıram".