Döymələrini sildirmək istəyən gənc qadının həyatı qaraldı - VİDEO
Adanada bədənindəki döymələri narahat olub sildirmək üçün əməliyyat olunan 23 yaşlı Dilan Deniz Kılıçın bədənində qalıcı izlər meydana gəlib. Psixoloji olaraq sarsılan Kılıç həkimə 500 min lirəlik təzminat iddiası qaldırıb.
20 İyul 2017 17:15 DünyaAdanada bədənindəki döymələri narahat olub sildirmək üçün əməliyyat olunan 23 yaşlı Dilan Deniz Kılıçın bədənində qalıcı izlər meydana gəlib. Psixoloji olaraq sarsılan Kılıç həkimə 500 min lirəlik təzminat iddiası qaldırıb.
Gənc yaşlarında sağ çiyin, kürək, iki əl biləyi və sol qoluna sarmaşıq və adlardan ibarət döymə etdirən Dilan Deniz Kılıç 2 il əvvəl bunları sildirməyə qərar verib. İnternetdən apardığı araşdırma sonrası plastik cərrahı əməliyyatla döymələri yox etdiyini öyrənib. İstanbuldakı özəl bir xəstəxanada plastik cərrah Ş.D. ilə görüşən Dilan Deniz Kılıç 2016-cı ilin 27 aprel tarixində əməliyyat olunub. Əməliyyat yoluyla gənc qadının bədənindəki döymələr yox edilib.
İddiaya görə həkim, bədəndə əməliyyat sonrası yaranan yara izlərinin 6 ay içində itəcəyini deyib. Ancaq əməliyyatdan təxminən 1.5 il keçməsinə qarşı Dilan Deniz Kılıçın bədənində ciddi yara izləri meydana gəlib. 2017-ci ilin 9 mart tarixində eyni xəstəxanada, eyni cərraha daha bir dəfə əməliyyat etdirən Kılıçın bədənindəki izlər bu günə qədər keçməyib. Milli.az Milliyet-ə istinadən xəbər verir.