Aydın Mirzəzadə: " Bu addımı ilə dövlət başçısı azad mətbutatın inkişafına dəstək verdiyini göstərdi"
"Bu addımı ilə dövlət başçısı azad mətbutatın inkişafına dəstək verdiyini və qələm sahiblərinin sosial vəziyyətinin yaxşılaşmasını daima diqqətdə saxladığını göstərdi". “Olaylar” xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. O, qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 255 nəfərə mətbuat işçisinə xüsusi olaraq jurnalistlər üçün yeni inşa edilmiş çoxmərtbəli yaşayış binasında mənzil verilib: "Birinci binada olduğu kimi bu dəfə də mənzillər öz fəaliyyəti ilə mətbuatın adına hörmət gətirən və mənzilə kəskin ehtiyacı olan jurnalistlərə verilib.
20 İyul 2017 16:26 Siyasət"Bu addımı ilə dövlət başçısı azad mətbutatın inkişafına dəstək verdiyini və qələm sahiblərinin sosial vəziyyətinin yaxşılaşmasını daima diqqətdə saxladığını göstərdi". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. O, qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 255 nəfərə mətbuat işçisinə xüsusi olaraq jurnalistlər üçün yeni inşa edilmiş çoxmərtbəli yaşayış binasında mənzil verilib: "Birinci binada olduğu kimi bu dəfə də mənzillər öz fəaliyyəti ilə mətbuatın adına hörmət gətirən və mənzilə kəskin ehtiyacı olan jurnalistlərə verilib. Mənzil bölgüsündə mənzil verilən jurnalistlərin siyasi yönümünün nəzərə alınmaması Azərbaycan dövlətinin bütün vətəndaşlarına eyni qayğı ilə yanaşdığı növbəi dəfə sübut edildi. Bu addımı ilə dövlət başçısı azad mətbutatın inkişafına dəstək verdiyini və qələm sahiblərinin sosial vəziyyətinin yaxşılaşmasını daima diqqətdə saxladığını göstərdi. Mənzil hədiyyə edilən hər bir kəsi ürəkdən təbrk edir və mənzillərində xoş güzaran arzu edirəm".