Şahin Mustafayev: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır
“Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır”. Bu fikri iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Ş.Mustafayev bildirib ki, hazırda Azərbaycan-Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır.
20 İyul 2017 15:41 İqtisadiyyat"Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır". Bu fikri iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Ş.Mustafayev bildirib ki, hazırda Azərbaycan-Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır. Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır: "Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində əməkdaşlığımızın gözəl nümunələrindəndir. Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı bu layihənin icrasına dəstək göstərirlər. Ölkəmizin tranzit imkanları da genişdir. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində fəal iştirak edir".