Vüqar Rəhimzadə: "Bu, bütövlükdə Azərbaycan jurnalistikasına verilən dəyərdir"

“Bu gün münasibətilə bütün həmkarlarımı və ölkə ictimaiyyətini təbrik edirəm. Çünki, informasiya, jurnalistikanın fəaliyyəti olmadan cəmiyyət də müəyyən mənada bu təminatdan qidalana bilməz”. Bunu “İki Sahil”qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə deyib.

"Bu gün münasibətilə bütün həmkarlarımı və ölkə ictimaiyyətini təbrik edirəm. Çünki, informasiya, jurnalistikanın fəaliyyəti olmadan cəmiyyət də müəyyən mənada bu təminatdan qidalana bilməz". Bunu "İki Sahil"qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə deyib.

Artıq bir neçə gündür ki, respublikamızda Milli Mətbuatın 142 illiyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini deyən V. Rəhimzadə bildirib ki, bu gün ən möhtəşəm tədbir olan jurnalistlərə mənzillərin təqdim edilməsi mərasimi reallaşdırılıb: "Bu gün növbəti bina 255 jurnalist və ailəsinin ixtiyarına verildi. Bu, çox böyük tarixi hadisədir və Azərbaycan jurnalistikasında mühüm parlaq səhifə olmaqla yanaşı, dünyada analoqu olmayan prosesdir".

Jurnalistlərə göstərdiyi diqqət və qayğıya görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən baş redaktor qeyd edib ki, bu dəyər hər bir jurnalist üçün çox önəmli və vacibdir: "Jurnalistlərin də üzərinə düşən vəzifə vətən, xalq sevgisi eləcə də millətin və görülən işlərin təbliğində fəallıqlarını ortaya qoymaqdır. Biz jurnalistlər bu məsələlərdə daha aktiv olmalıyıq".

İlk 156 mənzillik binanın 2013-cü ildə jurnalistlərin ixtiyarına verildiyini xatırladan V. Rəhimzadə söyləyib ki, bu gün növbəti 255 nəfərlik bina təhvil verilməklə yanaşı, 3-cü binanın da təməlqoyma mərasimi keçirildi: "Təbii ki, bu, tək ev alan jurnalistlərə deyil, bütövlükdə Azərbaycan jurnalistikasına, cəmiyyətinə, ölkə vətəndaşına verilən böyük dəyərdir. Bu, qiymət misilsiz və əvəzolunmazdır. Azərbaycan tarixində mətbuata belə yüksək münasibət olmayıb. Təməl prinsipləri Ulu Öndər tərəfindən qoyulan bu siyasət hazırda çox yüksək səviyyədə, daha müasir şəkildə həyata keçirilir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31