Gündəm
Dinozavrlarla eyni dövrdə yaşamış "balıq-kərtənkələ" skeleti AŞKARLANDI
Almaniyadan və Böyük Britaniyadan olan alimlər ixtiozavrların (latın Ichthyosauria - "balıq-kərtənkələ") ən böyük skeletlərindən birini aşkar ediblər. Tapıntı dinozavrlarla eyni dövrdə yaşamış dəniz kərtənkələləri qrupuna aiddir.
Eddi İsrafilovun yeni klubu müəyyənləşib
"Kadiz"dən ayrılan millimizin futbolçusu Eddi İsrafilovun yeni klubu müəyyənləşib. O, Sequnda (II divizion) təmsilçisi "Ximnastika”ya transfer olunub. Futbolçu ilə 3 illik müqavilə imzalanılıb. "Ximnastika”nın oyunçu ilə müqaviləni birtərəfli qaydada pozmaq hüququ olduğu bildirilir.
Nazirlik vəzifəli şəxsi cərimələdi – 2000 manat
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Suraxanı rayonu Zığ şossesi 1 ünvanında tullantıların qalaqlanması və yandırılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. “Olaylar” bildirir ki, əraziyə keçirilən baxış zamanı bərk mənşəli müxtəlif tərkibli tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı və qalaqlanaraq yandırıldığı məlum olub.
Hindistan səfiri Bilik Fondunda
Hindistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Sanjay Rana Bilik Fondunun qonağı olub. “Olaylar” bildirir ki, Fondun icraçı direktoru Oktay Səmədov səfirə rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri, strukturu, iş prinsipi və maarifçilik istiqamətində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycanla Hindistan arasında qarşılıqlı əlaqələrin inkişaf etdiyini xatırladan O.Səmədov siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. İcraçı direktor iki ölkə arasında əməkdaşlığa dair indiyədək imzalanmış rəsmi sənədlərin Bilik Fondunun bu sahədə maarifləndirici fəaliyyətinə təkan verəcəyini vurğulayıb. “Dünya elmi Azərbaycanda” və “Azərbaycan elmi dünyada” layihələri çərçivəsində Fondun təşkilatçılığı ilə xarici ölkələrin alim və mütəxəssislərinin Azərbaycanın elm və təhsil ocaqlarında, eləcə də azərbaycanlı mütəxəssislərin xarici universitetlərdə mühazirələri maraqla qarşılanır.
ABŞ-da sel fəlakəti qurbanlarının sayı artır
"Harvey" qasırğası nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb. 450 min nəfər yardıma və 30 min nəfər isə müvəqqəti sığınacağa ehtiyac duyur. Fırtınanın səbəb olduğu leysan yağışları qarşıdakı günlərdə daha da ciddi sel fəlakətinə səbəb olacaq.
Yekun say açıqlandı: Bu il 4 min nəfər müəllim oldu
Bu il 4 min nəfər müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək müəllim adını qazanıb. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, bu ilki müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd qeydiyyatdan keçib.
Ermənilərin avtobusu Rusiyaya buraxılmır
Ermənistandan Rusiyaya gedən və içərisində 60 sərnişin olan avtobus Vladiqafqazda "Lars" nəzarət-buraxılış məntəqəsindən buraxılmayıb. Nəqliyyat vasitəsi "Avazar" şirkətinə məxsusdur. Şirkətin rəsmisi Vigen Arutyunyan bəyan edib, avtobusa keçid məntəqəsindən keçməyə icazə verilməyib.
"Çelsi"-"Qarabağ" oyununa getmək istəyənlərin DİQQƏTİNƏ
Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi "Çelsi"-"Qarabağ" futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.
Deputat: “Myanmada baş verənlər insanlıqdan uzaq hərəkətlərdir”
“Myanmada baş verən hadisələr insanlığa xas olmayan hərəkətlərdir. Ancaq müsəlman olduqlarına görə insanları qətlə yetirmək, soyqırımı törətmək, yaşayış yerlərindən didərgin salmaq bəşəriyyətin ən böyük faciəsidir”. Bunu millət vəkili Azər Badamov deyib.
Əliməmməd Nuriyev: “Dünyaya müsəlmanların həyatı maraqlı deyil”
“Ümumiyyətlə, dünya birliyində nə hadisə olursa, onun hansı qitədə olmasından asılı olmayaraq dərhal reaksiya verilməlidir. Amma nədənsə bu hadisələr (terror, sui-qəsd və s.) bəzi ölkələrdə Əfqanıstanda, Türkiyədə baş verəndə adi qarşılanır”. Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.
Ermənistanda Njdenin heykəli güllələnib
Ermənistanın Sünik vilayətində faşist Almaniyası ilə əməkdaşlıq etmiş Qaregin Njdenin heykəli güllələnib. Güllələnmiş heykəlin fotosunu vilayət qubernatorunun mətbuat katibi Vazgen Saqatelyan öz “Facebook” səhifəsində paylaşıb. O bildirib ki, heykəlin bərpası ilə bağlı komissiya yaradılıb.
Şöbə müdiri: "Ali məktəblərin reytinqini hazırlamaq mümkün olmadı"
“Bu ilin yay aylarında Təhsil İnstitutu Azərbaycan ali təhsil müəssisələrinin reytinqini hazırlamağa cəhd göstərib. Lakin sonda bu reytinqi hazırlaya bilmədik. Çünki əlimizdə olan mövcud məlumatlarla ali məktəblərin reytinqini dünya təcrübəsinə uyğun hazırlamaq çətindir”.
Yeni həmsədr Qarabağ”düyününün” açılmasına töhvə verə biləcəkmi?
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri artıq vəzifəsinin icrasına başlayıb. ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert Endrü Şoferin ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri təyin edilməsi ilə əlaqədar bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Cənab Şofer Avropada və beynəlxalq təşkilatlarda qazandığı böyük iş təcrübəsini özü ilə birlikdə bu vəzifəyə gətirəcək”. Bəyanatda qeyd edilir ki, Birləşmiş Ştatlar əvvəlki kimi qəti şəkildə Minsk qrupu prosesinə və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və davamlı nizamlanmasına müvəffəq olmaqda tərəflərə kömək göstərməyə tərəfdardır.
10 nəfər həlak oldu – YƏMƏNDƏ
Yəmənin cənub bölgəsində güclü yağış səbəbi ilə 10 nəfər həlak olub. “Olaylar” bildirir ki, daşqın nəticəsində 6 nəfər yaralanıb. Həlak olanlar arasında uşaqların olduğu da deyilir.
Meyiti quyudan tapılan 6 günlük qızın ölüm səbəbi
Lənkəranın Darquba kəndində öldürülən 6 günlük körpə Nurullayev Mələk Şaiq qızının meyitinin ekspertiza nəticələri bəlli olub. 6 günlük Mələk daxili qanaxmadan ölüb. Belə ki, döş boşluğuna nüfuz edən iynə vasitəsilə qaraciyər və ağciyərin zədələnməsi, döş boşluğunda qanaxma körpənin ölümünə səbəb olub. Ekspertiza nəticələri müstəntiqə təhvil veriləcək.














