"Çelsi"-"Qarabağ" oyununa getmək istəyənlərin DİQQƏTİNƏ

Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi "Çelsi"-"Qarabağ" futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda "Çelsi"-"Qarabağ" oyunu keçiriləcək. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31