Ermənilərin avtobusu Rusiyaya buraxılmır

Ermənistandan Rusiyaya gedən və içərisində 60 sərnişin olan avtobus Vladiqafqazda "Lars" nəzarət-buraxılış məntəqəsindən buraxılmayıb.  Nəqliyyat vasitəsi "Avazar" şirkətinə məxsusdur. Şirkətin rəsmisi Vigen Arutyunyan bəyan edib, avtobusa keçid məntəqəsindən keçməyə icazə verilməyib.

Ermənistandan Rusiyaya gedən və içərisində 60 sərnişin olan avtobus Vladiqafqazda "Lars" nəzarət-buraxılış məntəqəsindən buraxılmayıb.  Nəqliyyat vasitəsi "Avazar" şirkətinə məxsusdur. Şirkətin rəsmisi Vigen Arutyunyan bəyan edib, avtobusa keçid məntəqəsindən keçməyə icazə verilməyib. Buna səbəb sərnişinlərdən birinin 80 litr spirtli içkini özü ilə aparmasıdır.  Sərhədçilər spirtli içkinin partlayıcı maddə olacağından şübhələnirlər: "Artıq spirtli içki ekspertizaya göndərilib. Onun partlayıcı maddə olması ekspertizadan sonra bəlli olacaq". Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31