Deputat: “Myanmada baş verənlər insanlıqdan uzaq hərəkətlərdir”
“Myanmada baş verən hadisələr insanlığa xas olmayan hərəkətlərdir. Ancaq müsəlman olduqlarına görə insanları qətlə yetirmək, soyqırımı törətmək, yaşayış yerlərindən didərgin salmaq bəşəriyyətin ən böyük faciəsidir”. Bunu millət vəkili Azər Badamov deyib.
29 Avqust 2017 15:30 Siyasət"Myanmada baş verən hadisələr insanlığa xas olmayan hərəkətlərdir. Ancaq müsəlman olduqlarına görə insanları qətlə yetirmək, soyqırımı törətmək, yaşayış yerlərindən didərgin salmaq bəşəriyyətin ən böyük faciəsidir". Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, çox təəssüf ki, dünya ictimaiyyəti, insan hüquqlarından ağız dolu danışanlar, BMT, demokratiya və insan haqları haqqında fəaliiyət göstərən təşkilatlar Myanmada baş verən hadisələrə heç bir reaksiya vermir: "Necə olur ki, ABŞ-da və ya Qərbdə bir xristianın burnu qanıyan kimi hamı ayağa qalxır, bütün mətbuat ondan yazır və böyük bir fövqəl hadisəyə çevirirlər. Myanmada ordu son 3 gündə heç bir günahı olmayan 3 min müəsəlmanı qətlə yetirir, buddistlər müsəlman kəndlərini mühasirəyə alıb əziyyət verir, amma dünya heç nə olmamış kimi susur. Bu onu göstərir ki, dünyada ikili standartlar dərinləşməkdədir və bu da dünyanı məhvə doğru aparır. Belə hadisələrə heç cürə haqq qazandırmaq olmaz. İrqi, dini, milli mənsubiyyətindən asıllı olmayaraq hər bir insanın bu dünyada yaşamaq haqqı var və dünya birləşib belə haqsızlıqların qarşısı almalıdır. Əks halda bəşəriyyətin sonu görünəcəkdir".