Gündəm

Elmar Məmmədyarov Tacikistanın yeni səfirini qəbul edib

29 Avqust 2017 17:27

Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Soli Rüstəmi qəbul edib. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim etdi.

"Siyasi partiyalar haqqında” qanun dəyişdirilir?

29 Avqust 2017 17:25

Bir müddət əvvəl “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsi gündəmə gəlmişdi. Belə ki, siyasi partiyanın maliyyələşməsi,  fəaliyyətinə xitamla bağlı maddələrdə düzəlişlər ediləcəkdi. Yaxın zamanlarda “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsi gözlənilirmi?

Hamilə qadınlar qurban ətini necə yeməlidir? – Mütəxəssis xəbərdarlığı

29 Avqust 2017 17:19

Ginekologiya, Qadın Xəstəlikləri və Doğum üzrə türk mütəxəssis Dr. Seval Taşdemir Qurban bayramında ət və şirniyyata olan tələbatın artması ilə bağlı ana olmağa hazırlaşan namizədləri xəbərdar edib.

“Kurtlar Vadisi Vətən” filmində sürpriz aktrisa

29 Avqust 2017 17:16

Bu günə qədər hər zaman gözəl bir xanım rolları canlandıraraq kamera qarşısına çıxan aktrisa Sinem Uslu, “Kurtlar Vadisi” filmində tamaşaçılarının önünə tamamilə fərqli bir rol ilə çıxacaq.

“Roma” ev oyunları üçün biletlərini satışa çıxarıb

29 Avqust 2017 17:15

"Roma” Çempionlar Liqasının qrup mərhələsində keçirəcəyi ev oyunları üçün biletlərini bu gündən satışa çıxarıb. Azarkeşlər “Atletiko” (12 sentyabr), "Çelsi" (31 oktyabr) və "Qarabağ"la (5 dekabr) görüşlər üçün biletlər ala bilər.

Tramp: “İstənilən variant mümkündür”

29 Avqust 2017 17:13

Vaşinqton Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket proqramı ətrafında vəziyyətin nizama salınmasının istənilən variantlarını mümkün hesab edir.  Bu haqda Ağ Evin ABŞ prezidenti Donald Trampın adından yaydığı bəyanatda deyilir. Trampın sözlərinə görə, Şimali Koreya öz qonşularına, BMT-nin bütün üzvlərinə və beynəlxalq cəmiyyətdə münasib davranışın minimal standartlarına nifrət nümayiş etdirir.

Bağçada 19 uşağı arı sancdı

29 Avqust 2017 17:11

Moskva vilayətində uşaq bağçalarının birində arılar 19 uşağı sancıb.  Bağçanın iki əməkdaşı da xəsarət alıb. Bağçaya çağırılan xilasedicilər döşəmənin altından çıxarılan arı yuvasını oradan uzaqlaşdırıb.

Göyçayda 70 yaşlı qadın özünü asıb

29 Avqust 2017 17:08

Göyçay rayonunda intihar hadisəsi baş verib. Göyçay şəhəri Ziya Bünyadov küçəsində yaşayan, 1947-ci il təvəllüdlü Bəsti Mustafayeva evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

Azərbaycan XİN ”Amnesty Press”in müxbirini “arzuolunmaz şəxslər” siyahısına sala bilər

29 Avqust 2017 17:01

“”Amnesty Press”in müxbiri İzabella Rozenqrinin Dağlıq Qarabağa səfəri qanunsuzdur”. Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Amnesty International” təşkilatına bağlı media orqanı olan “Amnesty Press”də avqustun 15-də Dağlıq Qarabağ münaqişəsinə dair yayımlanmış məqaləni və onun müəllifinin Dağlıq Qarabağa səfərini şərh edərkən deyib. O bildirib ki, bu səfərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət olunmayıb.

Amerika əsgərləri Şimali Koreyada snayperlərlə vurulacaq

29 Avqust 2017 16:58

Şimali Koreya oyun istehsalçıları tərəfindən "Yankiləri ovlamaq” adlı kompüter oyunu yaradılıb. Oyun əhali arasında yüksək populyarlıq qazana bilib. "Əyləncəli 3D-oyun Amerika əsgərlərini snayperlə vurma ilə müşayiət olunan döyüş oyunudur", - proqramın təsvirini mətbuata açıqlayan Şimali Koreyanın dövlət nəşri Arirang-Meari bildirib.

5 ay əvvəl törədilən qətlin üstü açıldı

29 Avqust 2017 16:57

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonunda bağlı qalmış qətlin üstü açılıb. Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin daxil olan birgə məlumatında bildirilir ki, cari il martın 22-də səhər radələrində Kürdəmir rayonunun Yenikənd kənd sakini Namiq Qubatovun baş nahiyəsindən aldığı xəsarətlə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi, tibbi personal tərəfindən göstərilən səylərə baxmayaraq orada ölməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

10 hektara yaxın ərazi YANDI

29 Avqust 2017 16:31

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Bum meşəbəyliyinin 2 saylı dolayında, Oğuz MMBM-in Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın hadisələri baş verib. Yanğın baş vermiş ərazilərə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub. 

“Paris Gallery” mağazasına jurnalistlər üçün info-tur keçirilib

29 Avqust 2017 16:29

Bakıda yeni açılmış “Paris Gallery” mağazasına jurnalistlər üçün info-tur keçirildi. Media nümayəndələri yeni açılmış mağazanın dəbdəbəli və orijinal dizayna malik mərtəbələrində təqdim edilən çoxçeşidli brend məhsullarla əyani tanış oldular. Mağazanın rəhbəri Rasim Hacıyev media nümayəndələrinə məlumat verdi ki, “Paris Gallery” şəhərin mərkəzində və çox rahat bir yerdə yerləşir. Belə ki, keçmiş Araz kinoteatrının yerində, Nizami küçəsi ilə yanaşı olan İslam Səfərli 3 ünvanında yerləşən mağaza 3 mərtəbədən ibarətdir. Tamamilə yenilənmiş və təmir olunmuş bir binada fəaliyyət göstərən mağazaya yeni dizayn verilib: “Dükanın “- 1” mərtəbəsi ofis, birinci mərtəbə isə parfümeriya, kosmetika və dəriyə qulluq məhsulları, həmçinin gözəllik salonu ilə xidmət göstərir. İkinci mərtəbə brend qol saatları, çantalar, aksessuarlar və gün eynəklərinin satıldığı yerdir. 3-cü mərtəbə isə digər mərtəbələrdən tam fərqli və dizaynı ilə seçilən mərtəbədir. Ümumi sahəsi 1500 kvadratmetrdən artıq olan mağaza təqdim etdiyi məhsulların çeşidliliyi və keyfiyyəti, orijinallığı ilə Bakıda fərqli bir statusa malikdir”.

Səhiyyə Nazirliyi: Ağır çantalar məktəblilərin qamətini pozur, daxili orqanlarını zədələyir

29 Avqust 2017 16:27

Səhiyyə Nazirliyi yeni tədris ili ərəfəsində məktəblilərin qida gigiyenası qaydalarını açıqlayıb.  Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tədris ilinin başlanmasından təxminən iki həftə əvvəl uşağı məktəb rejiminə alışdırmaq lazımdır. Yeni dərs ilinə başlayan hər bir uşağın qidalanması, geyinməsi, günlük yuxu rejimi və gigiyenasına diqqət yetirilməsi əsas rol oynayır: “Bu amillər uşaqların tədrisə həvəsini artırdığı kimi psixologiyası və məktəb fəaliyyətinə də böyük təsir göstərir.

Ali məktəblərin fəaliyyətinin qiymətləndirilməsi üçün yeni akkreditasiya standartları hazırlanıb

29 Avqust 2017 16:25

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi ISC standartlarına əsaslanan ali təhsil müəssisələrinin təhsil proqramlarının akkreditasiya qaydaları, eləcə də ali təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üzrə akkreditasiya standartları hazırlanıb.