Elmar Məmmədyarov Tacikistanın yeni səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Soli Rüstəmi qəbul edib. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim etdi.

Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Soli Rüstəmi qəbul edib. XİN-in mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim etdi. S. Rüstəm ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. E. Məmmədyarov S. Rüstəmə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31