Gündəm

“Dell” virtual reallıq kaskası nümayiş olunub

29 Avqust 2017 18:39

“Dell” şirkəti “Windows Mixed Reality” platforması əsasında yaradılan “Visor” virtual reallıq qarniturunu təqdim edib. Bu, ABŞ istehsalçısının hazırladığı ilk oxşar qurğudur.

“Android” sistemli qurğulardan yaradılmış genişmiqyaslı botnet ləğv edilib

29 Avqust 2017 18:34

"Akamai", "Flashpoint", "Cloudflare", "Oracle Dyn", "RiskIQ" və "Team Cymru" şirkətlərindən olan təhlükəsizlik mütəxəssislərinin ümumi səyi nəticəsində "Android" qurğularından yaradılmış "WireX" adlı böyük botneti ləğv ediblər. Botnet şəbəkə" müxtəlif sahələrə (mehmanxana və oyun biznesi, porno sənayesi, həmçinin domen adları registratorlarına) "DDoS" hücumların həyata keçirilməsində istifadə edilib.

Süni intellektin tez öyrənilməsi üçün platforma təqdim olunub

29 Avqust 2017 18:30

"Microsoft" korporasiyası süni intellektin öyrənilməsi prosesinin sürətləndirilməsi üçün platforma təqdim edib. "Project Brainwave" adlanan həllin "Azure" "bulud" infrastrukturuna tətbiqi planlaşdırılır.

“Coca-Cola” dünyanın ən məsuliyyətli şirkətləri sırasında yer alıb

29 Avqust 2017 18:24

Korporativ sosial məsuliyyət üzrə dünyanın ən qabaqcıl və tanınmış nəşrlərindən olan “Korporativ Məsuliyyət” jurnalı (“Corporate Responsibility Magazine”) 2017-ci ilin 100 ən Yaxşı Korporativ Vətəndaş siyahısını açıqlayıb.

“Neft Daşları”nda estakada təmir olunub

29 Avqust 2017 18:22

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft daşları” yatağındakı 606 və 1702 saylı meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırıb.

Bu məktəblərdə rus dili intensiv tədris olunacaq - SİYAHI

29 Avqust 2017 18:12

“Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrdə ölkənin 50 ümumi təhsil müəssisəsində rus dili tədris ediləcək. Əmrdə “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi, həmin müəssisələrdə tədris prosesinin təşkili və tənzimlənməsini təmin edilməsi nəzərdə tutulub.

Qırğızıstan gömrük xidməti Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir

29 Avqust 2017 18:00

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) Qırğızıstan Dövlət Gömrük Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib. DGK Mətbuat Xidmətindən verilən məlumata görə, görüşün əsas məqsədi gömrük işində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində Azərbaycan tərəfinin təcrübəsini öyrənmək olub. DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev qonaqlara Azərbaycan Gömrük Xidmətinin yaranması, inkişaf mərhələləri, strukturu və Azərbaycanda gömrük işinin təşkili barədə ətraflı məlumat verib.

ABŞ təmsilçisi: “Ukrayna ilə bağlı siyasətimizi o vaxt uğurlu sayarıq ki, onun ərazi bütövlüyü bərpa olunsun”

29 Avqust 2017 17:59

ABŞ Krım məsələsinin dondurulmasının əleyhinədir. Bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker “Deutsche Welle”yə müsahibəsində deyib.   

Erməni ordusunda ərzaq, su və tibbi xidmət problemləri var

29 Avqust 2017 17:55

Ermənistan ordusunda keyfiyyətli ərzaq, su və tibbi xidmətlə bağlı problemlər mövcuddur.  Ermənistanın "Demokratiya bugün" ictimai təşkilatı ordudan təxris edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib. Araşdırmalar əsasında "Ermənistanda erməni ordusunun sağlamlıq hüququnun əsas məqamları" kitabı dərc edilib.

Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının apellyasiya şikayətinə baxılıb

29 Avqust 2017 17:54

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Emin Serttaşın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.  Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə iclası avqustun 31-də davam etdiriləcək.

Mingəçevirdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 10 milyon manata yaxın vəsait ayrıldı

29 Avqust 2017 17:46

Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bakıda güclü yanğın – VİDEO

29 Avqust 2017 17:46

Bakının Binəqədi rayonunda “Xutor” kimi tanınan ərazidə güclü yanğın başlayıb.

Yerevanda gənc qadını girov götürüblər

29 Avqust 2017 17:41

Yerevanda bir nəfər gənc qadını girov götürüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

İnterpol daha bir azərbaycanlını axtarışa verdi

29 Avqust 2017 17:29

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. Axtarışa verilən Azərbaycan vətəndaşı Rüfət Hökmalıyev dələduzluqda təqsirləndirilir. 1977-ci il təvəllüdlü R.Hökmalıyev Azərbaycanın məhkəmə orqanı tərəfindən istintaqa cəlb edilsə də, o, istintaqdan yayınıb.