Erməni ordusunda ərzaq, su və tibbi xidmət problemləri var
Ermənistan ordusunda keyfiyyətli ərzaq, su və tibbi xidmətlə bağlı problemlər mövcuddur. Ermənistanın "Demokratiya bugün" ictimai təşkilatı ordudan təxris edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib. Araşdırmalar əsasında "Ermənistanda erməni ordusunun sağlamlıq hüququnun əsas məqamları" kitabı dərc edilib.
29 Avqust 2017 17:55 DünyaErmənistan ordusunda keyfiyyətli ərzaq, su və tibbi xidmətlə bağlı problemlər mövcuddur. Ermənistanın "Demokratiya bugün" ictimai təşkilatı ordudan təxris edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib. Araşdırmalar əsasında "Ermənistanda erməni ordusunun sağlamlıq hüququnun əsas məqamları" kitabı dərc edilib.
Ordudan tərxis olunan gənclərin fikrinə görə, bəzi hərbi hissələrdə, döyüş mövqelərində keyfiyyətli ərzaq, qarşılıqlı nizamnamə qaydaları, tibbi xidmət, təmiz su və difər sahələrdə moxlu problemlər mövcuddur. Sorğuda iştirak edənlər döyüş növbətçiliyi həyata keçirən hərbi hissələrdə psixoloqların olmasını vacib hesab etdiklərini bildiriblər. Bu barədə kitabın müəlliflərindən biri Anna İşxanyan jurnalistlərlə söhbət zamanı bildirib. Milli.az