Yeni həmsədr Qarabağ”düyününün” açılmasına töhvə verə biləcəkmi?

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri artıq vəzifəsinin icrasına başlayıb. ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert Endrü Şoferin ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri təyin edilməsi ilə əlaqədar bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Cənab Şofer Avropada və beynəlxalq təşkilatlarda qazandığı böyük iş təcrübəsini özü ilə birlikdə bu vəzifəyə gətirəcək”. Bəyanatda qeyd edilir ki, Birləşmiş Ştatlar əvvəlki kimi qəti şəkildə Minsk qrupu prosesinə və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və davamlı nizamlanmasına müvəffəq olmaqda tərəflərə kömək göstərməyə tərəfdardır.

Həmsədrlər öz dövlətlərinin maraqlarından çıxış edirlər

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri artıq vəzifəsinin icrasına başlayıb. ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert Endrü Şoferin ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri təyin edilməsi ilə əlaqədar bəyanatla çıxış edib. Bəyanatda deyilir: "Cənab Şofer Avropada və beynəlxalq təşkilatlarda qazandığı böyük iş təcrübəsini özü ilə birlikdə bu vəzifəyə gətirəcək". Bəyanatda qeyd edilir ki, Birləşmiş Ştatlar əvvəlki kimi qəti şəkildə Minsk qrupu prosesinə və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və davamlı nizamlanmasına müvəffəq olmaqda tərəflərə kömək göstərməyə tərəfdardır. H.Noyert təsdiq edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn, o cümlədən Helsinki Yekun Aktının norma və prinsipləri əsasında ədalətli həllini dəstəkləyir. O deyib: "Endrü Şofer tərəflərin bu məqsədə çatmalarına kömək etməyə ümid bəsləyir". Bəyanatda vurğulanır ki, ABŞ Endrü Şoferin təyinatı barədə Azərbaycan və Ermənistan hökumətlərini məlumatlandırıb. Endrü Şofer yeni vəzifəsinin icrasına dərhal başlayacaq. Maraqlıdır, yeni həmsədrin bəyənatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə nə vəd edir?

Azərbaycanın  Xarici İşlər Nazirliyində hesab edirlər ki, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri ilə sıx əməkdaşlığı davam etdirməyə hazırdır. Çünki, Azərbaycanın Minsk qrupunun həmsədrlərindən gözləntisi fərdi deyil, institusional xarakter daşıyır. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasını və məcburi köçkünlərin geri qayıtmasını təmin etməlidir. Lakin bu, Minsk qrupunun 25 illik fəaliyyəti ərzində təmin edilməyib. ATƏT-in Minsk qrupunun həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridirlər və onlar da BMT TŞ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinin qəbulunda birbaşa iştirak ediblər. Bu qətnamələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyini, sərhədlərin toxunulmazlığını bir daha təsdiq edir və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edir.

Siyasi ekspertlər isə hesab edirlər ki, münaqişənin həllinin ləngiməsi heç də yalnız həmsədrlərin fəaliyyətilə bağlı məsələ deyil. Burada həm böyük maraqların, həm də kiçik maraqların olduğunu qeyd edən politoloqlara görə, münaqişənin həllini tapmaması bir tərəfdən onun dərin köklərinin olmasından, digər tərəfdən isə münaqişə baş verən illərdə Azərbaycanın dövlət kimi güclü olmamasından irəli gəlir. Analitiklərə görə, artıq Azərbaycanın 1988-ci ildə olan Azərbaycan Sovet Respublikası deyil. Baxmayaraq ki, ğtən müddət ərzində rəsmi Bakının Qarabağ siyasətində heç bir dəyişikliyin olmamasına baxmayaraq, artıq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü birinci mərhələdə tanımağa başlayıb. Hətta buna numunə kimi danışıqlarda Ermənistan tərəfinin ilkin olaraq DQ-in ətrafında olan işğal edilmiş rayonların boşaldılması və Azərbaycanın da istədiyi kimi DQ-in statusu məsələsinin sonraya saxlanılmasına razılıq verdiyi göstərilir. Bu baxımdan da hesab olunur ki, indiki mərhələdə DQ münaqişəsinin həllinin axırıncı fazaya keçdiyi hiss olunur. Rusiyanın da problemin nizamlanması prosesində aktivliyinin artdığını vurğulayan ekspertlər buna görə də Minsk qrupunda fəaliyyət göstərən vasitəçilərin dəyişməsinin prosesə elə bir təsiri olmadığı qənaətindədir. Fikirləini onunla əsaslandırılar ki, yeni səfirin münaqişə ilə tanışlığı texniki baxımdan müəyyən vaxt aparsa da, adətən həmsədr ölkələr öz ölkələrinin siyasi maraqları çərçivəsində fəaliyyət göstərirlər. Doğrudur, həmsədrlər dəyişəndə həmsədr ölkələr də yeni mərhələyə uyğun siyasətlərini yeniləşdirməyə çalışırlar. Ancaq ABŞ-ın DQ münaqişəsi ilə bağlı mövqeyi bəllidir. O ki, qaldı, H.Noyertin ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn, o cümlədən Helsinki Yekun Aktının norma və prinsipləri əsasında ədalətli həllini dəstəkləməsi açıqlamasına, qeyd etmək yerinə düşərdi ki, söylənilən fikir 25 ildən artıqdır ki, çeynənilməkdədir. Çox təəssüf ki, həmsədrlər airı-ayrı məqamlarda yalnız bəyənatlarında bu fikri əks etdirilər. Reallıqda isə işğalçı ölkəni hətta  adı ilə çağırmaqda belə maraqlı görünmürlər. Belə halda isə işğalçı dövlətə  beynəlxalq hüququn prinsipindən çıxış edərək təzyiq göstəriləcəyinə inanmaq sadəlövlük olardı.   

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31