Gündəm

Qurban bayramı ilə əlaqədar Bakıda yarmarkalar təşkil olunacaq

29 Avqust 2017 15:06

Sentyabr ayının 1-də səhər saat 9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

"Qarabağ"dan daha bir ulduza təklif - 450 min avro

29 Avqust 2017 15:03

Azərbaycan çempionu, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazan "Qarabağ" transfer çalışmalarını davam etdirir. Ağdam klubu uelsli yarımmüdafiəçi Co Ledlini heyətinə qatmaq istəyib. Məlumata görə, çempionumuz bu futbolçuya ilinə 450 min dollarlıq təklif ünvanlayıb. Lakin 30 yaşlı oyunçu 650 min dollar istəyib. Klub futbolçunun istəyi ilə razılaşmadığından danışıqlar təxirə salınıb.

"Fənərbağça"dan növbəti transfer

29 Avqust 2017 15:02

"Fənərbağça" heyətinə daha bir futbolçu qatıb. "Sarı-lacivərtlilər" "Zenit"in müdafiəçisi Luis Neto ilə anlaşıblar. 29 yaşlı futbolçu artıq İstanbula yollanıb. Portuqaliyalı oyunçu bu gün tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.

Hərbi avtomobillər partladıldı

29 Avqust 2017 14:57

Türkiyənin Diyarbəkir vilayətində terror hadisəsi baş verib. “Olaylar” bildirir ki, Diyarbakır-Bismil magistral yolundan keçən hərbi avtomobillər PKK terror təşkilatı tərəfindən partladılıb. Hadisə yerinə təcili yardım maşınları cəlb olunub. 2 əsgərin yaralandığı bildirilir. Həlak olanlar haqqında heç bir məlumat verilmir. 

Bağlı qapı arxasında meyit aşkarlanıb

29 Avqust 2017 14:54

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və Nəcəfov Fəxrəddin Fərman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Helsinki Yekun Aktı hansı prinsiplərə əsaslanır?

29 Avqust 2017 14:52

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri vəzifəsinin icrasına başlayar-başlamaz  bu ölkənin Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert bəyənatla çıxış edib. H.Noyert təsdiq edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn, o cümlədən Helsinki Yekun Aktının norma və prinsipləri əsasında ədalətli həllini dəstəkləyir. Maraqlıdır, Helsinki Yekun Aktı hansı prinsiplərə əsaslanır və bu prinsiplər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin ədalətli həllinə uyğundurmu?

Nisə Qasımovaya yüksək vəzifə verildi

29 Avqust 2017 14:48

“Mədəniyyət dalğası” İctimai Birliyi 31avqust – 1 sentyabr tarixlərində “İslam mədəniyyəti günləri” adlı ilk tədbirini keçirəcək.

Şimşək çaxacaq, yağış yağacaq

29 Avqust 2017 14:43

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda bu il 8 min sərxoş sürücü tutulub - Aralarında xanımlar da var

29 Avqust 2017 14:41

“Cari ilin əvvəlindən bu günə qədər 8 mindən çox sərxoş sürücü yol polisi tərəfindən saxlanılıb”. Bu barədə  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. DYP rəsmisi bildirib ki, şəhərdə keçirilən reydlər zamanı xeyli sayda sərxoş sürücü aşkarlanıb: “Sərxoş sürücülərə daha çox sutkanın qaranlıq vaxtında rast gəlinir. Ümumilikdə, sərxoş halda avtomobil idarə edənlər arasında xanımlar da olur”.  V.Əsədov sürücülərin diqqətinə çatdırıb ki, içkili avtomobil idarə edən sürücü həm özü, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.

Oğlan uşaqlarının sayı azalsa da, hər il qız uşaqlarından 7 min çox doğulurlar

29 Avqust 2017 14:38

Azərbaycanda son 2 il ərzində doğulanlar arasında hər 100 qıza düşən oğlanların sayı nisbətən azalıb.  2015 və 2016-cı illərdə ölkədə hər 100 yeni doğulan qıza düşən oğlan uşaqlarının sayı 114 olub. Bu isə ölkədə 1998-ci ildən sonra qeydə alınan ən aşağı göstəricidir. Belə ki, 1998-ci ildən başlayaraq, Azərbaycanda hər 100 qıza düşən oğlanların sayı 114-118 arasında dəyişib. Bu göstəricinin ən yüksək həddi 118 olmaqla 2003 və 2009-cu illərdə qeydə alınıb.

MTN generallarının məhkəməsində şahidlər dindirilib

29 Avqust 2017 14:35

Ləğv edilmiş MTN sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Totti məşqçilik kurslarına başladı

29 Avqust 2017 14:33

"Roma"nın əfsanəvi futbolçusu Françesko Totti məşqçi olmağa hazırlaşır.  40 yaşlı keçmiş hücumçu Triqoriidə məşqçilik kurslarına başlayıb.

Mumiyada öldürücü parazitlər tapıldı

29 Avqust 2017 14:31

Cənubi Koreyadan olan alimlər 375 yaşlı mumiyanın qaraciyərində “Paragonimus westermani” (ağciyər sorucu qurdu) adlı yastı qurdlar aşkar ediblər. Tədqiqatçıların fikrincə, xəstənin ölümünə məhz qurdlar tərəfindən yaranmış paraqonimoz hepatit səbəb olub. Bu haqda “New Scientist” nəşri məlumat yayıb. Maraqlı məqam ondan ibarətdir ki, bu parazitlərə nə isti, nə soyuq təsir etmir və 350 ilə yaxındır ki, onlar mumiyalanmış cəsəddə yaşayırlar. Mumiya 2014-cü ildə tapılıb. Cəsəd 63 yaşında ölən Szin Li (Jing Lee) adlı kişiyə məxsus idi. Cənubi Koreyanın əyaləti olan Çxondo müasir rayonunun ərazisində dəfn edilmişdi.

Tarixin ƏN QÜDRƏTLİ EKSTRASENSİ: Kimlərin asılacağını açıqlamışdı - İNANILMAZ PROQNOZLAR

29 Avqust 2017 14:26

XVIII əsr bir sıra fırıldaqçı, avantürist, “şəfa verən”, “gələcəyi görən” insanların peyda olması ilə yadda qaldı. Lakin onların arasında elələri var idi ki, qabaqcadan söylədikləri hər şey həqiqətən gerçəkləşirdi.

Siyasi şərhçi yeni həmsədrdən danışdı

29 Avqust 2017 14:18

“Ümumiyyətlə ATƏT-in Minsk qrupu həmsədrlərinin dəyişməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına xidmət etməli deyil. Çünki həmsədrlər sadəcə icraçılardır. Yəni onlar sadəcə qarşılarına qoyulan tapşırıqları icra edən adamlardır”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.