Siyasi şərhçi yeni həmsədrdən danışdı
“Ümumiyyətlə ATƏT-in Minsk qrupu həmsədrlərinin dəyişməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına xidmət etməli deyil. Çünki həmsədrlər sadəcə icraçılardır. Yəni onlar sadəcə qarşılarına qoyulan tapşırıqları icra edən adamlardır”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
29 Avqust 2017 14:18 Siyasət"Ümumiyyətlə ATƏT-in Minsk qrupu həmsədrlərinin dəyişməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına xidmət etməli deyil. Çünki həmsədrlər sadəcə icraçılardır. Yəni onlar sadəcə qarşılarına qoyulan tapşırıqları icra edən adamlardır". Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, bu əslində hər hansı bir formada status-kvonun qorunub saxlanılmasına və münaqişənin həllinin uzanmasına xidmət etməməlidir: "Status-kvonun qorunub saxlanılması və münaqişənin həllinə mane olan amillər, ilk növbədə Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe işğalçılıq siyasəyini davam etdirməsi, ATƏT-in Minsk qrupu olan həmsədrlərin bu dövlətlərin bu ölkəyə qarşı beynəlxalq hüququn prinsiplərindən irəli gələn sanksiyalar tətbiq etməməsidir. Problemin kökündə bu dayanır. Həmsədrlərin dəyişməsi isə sadəcə prosedur qaydalarıdır və ratasiya yolu ilə həyata keçirilir". Sia.az