Gündəm

Ermənistan özünü satışa çıxardı

29 Avqust 2017 14:16

Payızda Ermənistan Avropa Birliyi ilə genişmiqyaslı tərəfdaşlıqla bağlı anlaşma imzalayacaq. Bu müqaviləni imzalamamaq üçün heç bir səbəbimiz yoxdur. Ermənistan prezidenti Serj Sarkisyan ilk baxışdan "sensasiyalı" sayılacaq bəyanatla çıxış edib. Gekarkunikk vilayətində "Yerkarapa" Könüllülər İttifaqının təlim-məşq sanatoriya kompleksi "Gənc Yerkrapa"ya baş çəkən S.Sarkisyan "Baze" Ümumerməni Gənclər Toplantısına qatılıb.

Polis 33 kq narkotik müsadirə edib

29 Avqust 2017 14:14

Bərdədə və Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdborakı kənd sakini Taleh Hüseynovun həyətinə baxış zamanı orada kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu, habelə evindən 13 kiloqram 430 qram marixuana aşkarlanıb.

Azərbaycanlı idmançıları oteldən QOVDULAR

29 Avqust 2017 14:12

Türkiyənin Antaliya şəhərinə yollanan bir qrup azərbaycanlı dincəlmək istədikləri “Sirene Belek” otelindən qovulublar. Bu barədə  sözügedən məkanda hadisənin şahidi olan turist xəbər verib. Onun sözlərinə görə, qovulanlar arasında bir sıra idmançılar da var.

Aytən Məhərrəmova ustadına şeir həsr etdi

29 Avqust 2017 14:02

Tanrım verib sərvətini,  Dahiliyin qüdrətini,  Hər kəs sevir sənətini,  Sənətkar ustadım mənim,  Yaşa,var ol, Mənsum müəllim ! 

Dövlətin mətbuata dəstəyi söz azadlığının təmin olunmasına tövhə verir

29 Avqust 2017 13:57

Müstəqillik qazandıqdan sonra zaman – zaman inkişaf edən Azərbaycan mətbuatının tarixi zəngin və qədimdi. Mətbuatımızın inkişaf yoluna QHT.az saytının baş redaktoru, QHT TV-nin rəhbəri və“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə ilə birgə nəzər saldıq.

Münaqişənin həlli yolları ilə bağlı Azərbaycanın mövqeyi dəyişməzdir

29 Avqust 2017 13:55

“Ermənistanın bütün təxribatlarına baxmayaraq, Azərbaycan tərəfinin. Bu mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib”. Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“İslam Həmrəyliyi İli” müsəlman ölkələrinin biri-birini dəstəkləməsinə imkan yaradır

29 Avqust 2017 13:49

Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı Sərəncamı xüsusi əhəmiyyət daşıyır. Maraqlıdır, ölkəmizdə elan olunmuş “İslam Həmrəyliyi İli” müsəlman dünyasına hansı töhfələri verməkdədir? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, dini zəminli münaqişələrin baş verdiyi qlobal dünyada İslam həmrəyliyi anlayışı təkcə müsəlman aləmində deyil, eyni zamanda İslam dini ilə digər dinlər arasında həmrəyliyi nəzərdə tutur və olduqca həssas mətləblərdən xəbər verir: “Müasir dövrdə Yaxın və Orta Şərqdə yaşanan neqativ hallara nəzər salsaq, dövlət başçımızın bu qərarının beynəlxalq aləmin diqqətinin mövcud problemlərə yönəltməyə çalışması baxımından çox ciddi addım olduğunu görərik.

Vatan Şaşmaz dəfn edildi

29 Avqust 2017 13:47

Bazar günü otel otağında keçmiş model sevgilisi Filiz Aker tərəfindən gullələnərək qətlə yetirilən aparıcı Vatan Şaşmaz dəfn edilib. Şaşmazın cənazəsi yaxınları tərəfindən məsciddə yuyulduqdan sonra namaz qılınıb, daha sonra isə meyiti Çengelköy qəbiristanlığına aparılıb. 

"Çelsi" yeni müqavilə imzalayıb, icarəyə verdi

29 Avqust 2017 13:44

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" futbolçusu Jeremi Boqa ilə yeni müqavilə imzalayıb. Fransalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2020-ci ilin iyununa kimi uzadılıb. Daha sonra gənc oyunçu Çempionşip təmsilçisi "Birmingham"ə 1 illik icarəyə verilib.

Tufan" tipli sərhəd gözətçi gəmisi dənizə endirilib

29 Avqust 2017 13:42

Avqust ayının 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı cənab İlham Əliyevin baxış keçirdiyi Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılıb.  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, artıq S-204 nömrəli  "Tufan" tipli sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə başlaması ilə əlaqədar avqust ayının 28-də Xəzər dənizinə endirilib.

İqtisadiyyat naziri Astarada vətəndaşları qəbul edəcək

29 Avqust 2017 13:41

Avqustun 31-də İqtisadiyyat naziri Şahin Mustafayev Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Astara rayonu, Azərbaycan küçəsi, 26D) keçiriləcək.

Millət vəkilindən etiraz: "Utancvericidir"

29 Avqust 2017 13:38

Təhsil Nazirliyi mütəxəssislərin dərsliklərlə bağlı qaldırdığı ciddi problemə çox həssas və təcili münasibət göstərməlidir. Bunu millət vəkili Qənirə Paşayeva dərsliklərlə bağlı müəllimlərin açıqlamalarına münasibət bildirərkən deyib.

"Şəhid adını ləkələyəcək hərəkətə yol verməyək!" - Şəhid xanımından şəhid ailələrinə müraciət

29 Avqust 2017 13:36

Azərbaycanda şəhid adı hər zaman uca tutulub, şəhid ailələrinə hörmət və ehtiramla yanaşılıb. Rəsmi səviyyədə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanun da qəbul edilib, nəticədə şəhid ailələrinə dövlət səviyyəsində qayğı göstərilir. 

Oğuz və Qəbələdə meşə yanır

29 Avqust 2017 13:33

Oğuz və Qəbələdə meşə yanğınları baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş verib.

Uşaqları birinci sinfə niyə qəbul etmirlər?

29 Avqust 2017 13:31

“Artıq neçə gündür ayrı-ayrı insanlardan üzərimə xahişlər yağır. Bəlkə də son 20 gündə 20-yə yaxın tanışdan, dostdan, tanımadığım vətəndaşlarda müraciət alıram ki, bəs uşağı birinci sinifə qəbul etmirlər, bəhanə də budur ki, məktəbdə boş yer yoxdur. Yaxud da öncədən qeydiyyatdan keçməyib. Hələ lisey adlanan məktəblərdə 1-ci sinif uşaqları üçün guya sınaq imtahanı keçirilib, guya lazımı balı toplamadıqlarına görə məktəbə qəbul etmələri mümkün deyil”.