Gündəm
Qudurğan məmur övladlarından necə qorunmalı?
Son günlər məmur övladlarının vüsət alan kriminal əməlləri ictimaiyyəti ciddi narahat etməkdədir. Ekspert Ərşad Hüseynov məsələyə münasibətini sosial şəbəkədə bildirib. Ekspert qeyd edib ki, iri məmur uşaqlarının rezonans doğuran kriminal əməllləri sistemli xarakter alıb: “Hətta onları, xüsusən onlara aid nəqliyyat vasitələrini xüsusi təhlükə mənbəyi kimi fərqləndirənlər də çoxalır.
Komitə növbəti hərrac keçirib
Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 29-da növbəti hərrac keçirib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlakların hamısı Bakıda yerləşir.
Beyons yeni filmdə
“James Bond” filmi 2019 – cu ildə yenidən filmsevərlərə təqdim oluncaq. “Olaylar” bildirir ki, filmin prodüsseri 49 yaşlı aktyor Daniel Craigi razı saldıqdan sonra indi də Beyoncsu razı salmağa çalışırlar. Belə ki, onlar filmin sauntrektini məhz Beyonsun ifa etməsini istəyirlər. Qeyd edək ki, artıq prodüsserlər Beyonsla razılıq əldə ediblər.
“Yuğ” beynəlxalq festivalda mükafata layiq görüldü
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı başa çatıb. Qazaxıstanın Xalq Artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr edilən festivalda ölkəmizi “Yuğ” Dövlət Teatrının yaradıcı heyəti təmsil edib. “Olaylar” bildirir ki, yaradıcı heyət Mikayıl Mikayılovun quruluşunda hazırlanmış “Medeya. Sekvensiya 01” tamaşası ilə çıxış edib.
6 yaşlı oğlan meşədə itib
Qubanın Əski İqrığ kəndində itkin düşmüş 6 yaşlı oğlanın axtarışı nəticəsiz qalır. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, avqustun 28-də Quba rayonunun Əski İqrığ kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşüb. Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Hələlik axtarış işləri nəticə verməyib.
Mənzildən pul oğurlayan keçmiş məhkumun yenə də qolları qandallandı
Bakıda mənzildən xeyli miqdarda pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 19-da rayon ərazisindəki evlərdən birindən 3038 manat, 800 ABŞ dolları və 30 avro pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov tutulub.
Qubada cibgir qadın saxlanıldı
Qubada cibgir qadın saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 19-da rayon sakini Elçin Fərhadovun cibindən 390 manat pul oğurlamaqda şübhəli bilinən Amsar kənd sakini Aynurə Lalayeva saxlanılıb.
Müdafiə nazirinin müavini işdən çıxarılıb
Ermənistan müdafiə nazirinin müavini vəzifəsindən azad olunub. Ara Nazaryan nazir müavini postundan uzaqlaşdırılıb. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirib
"Azəbaycanda ümumtəhsil məktəb dərsliklərinin hazırlanması davamlı şəkildə həyata keçirilən bir prosesdir. 2008/2009-cu tədris ilindən başlayaraq yeni kurrikulumun tətbiqi nəticəsində hər il bir sinfin dərsliklərinin yeni proqramla hazırlanması, nəşr edilməsi və çap edilərək məktəblərə çatdırılması prosesi davam edir. Həmin proqramla tədrisə başlayan şagirdlər 2017/2018-ci tədris ilində artıq X sinifdə təhsil alacaq. Ona görə də bu il X sinif dərsliklərinin hazırlanması üçün tender bir il öncə həyata keçirilib". Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov bəzi dərslik müəlliflərinin narazılıqlarına cavab olaraq deyib. Nazir müavini bildirib ki, ötən ilin noyabr ayında həmin dərsliklərin hamısı qiymətləndirilib və müvafiq şöbəyə təqdim edilib.
Türkiyədə hava limanında güclü yanğın
Türkiyənin Van vilayətində hava limanında güclü yanğın olub. Hadisə nəticəsində dəm qazından boğulan bir nəfər xəsarət alıb.Xəsarət alan şəxs Türkiyə vətəndaşıdır. Yanğının qarşısının alındığı məlumat verilir.
Üç ölkədən müharibə sözü - HAZIRLIQ BAŞLANDI
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Yaponiya istiqamətində buraxdığı növbəti raket bölgədə vəziyyəti yenidən gərginləşdirib. ABŞ, Yaponiya və Cənubi Koreya Pxenyanı sərt cavabla hədələyirlər. Bu gün BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçiriləcək. İclasda Pxenyana qarşı atılacaq addımların müzakirə olunması istisna edilmir. Cənubi Koreya və ABŞ artıq bildirib ki, Şimali Koreya təxribatlarına cavab olaraq hərbi ölçülərə baxılır.
Bu mahnı internetdə izlənmə rekordu qırır - VİDEO
Əlilliyi olan şəxslər istirahət mərkəzinə yola salınıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili sahəsində görülən işlərin davamı kimi, bu təbəqədən olan daha 85 nəfər şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət mərkəzinə göndərilib.
Müəllimlərin imtahanındakı biabırçılığın səbəbi...
Müəllimlərin işə qəbul üzrə müsahibə mərhələsində bəzi namizədlər onlara ünvanlanan primitiv suallara cavab tapa bilməyiblər. Təhsil Nazirliyinin yaydığı məlumata görə, müsahibəyə gələn namizədlər arasında bayrağın rəmzlərini, 20 Yanvar faciəsinin mahiyyətini, rayonlarımızın işğal günlərini bilməyənlər də olub.
“Nə almıram, nə də vermirəm” — Direktordan üzrü günahından betər AÇIQLAMA
Paytaxtın Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova jurnalisti təhqir etməsi ilə bağlı yayılan səs yazısına münasibət bildirib.














