“Yuğ” beynəlxalq festivalda mükafata layiq görüldü
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı başa çatıb. Qazaxıstanın Xalq Artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr edilən festivalda ölkəmizi “Yuğ” Dövlət Teatrının yaradıcı heyəti təmsil edib. “Olaylar” bildirir ki, yaradıcı heyət Mikayıl Mikayılovun quruluşunda hazırlanmış “Medeya. Sekvensiya 01” tamaşası ilə çıxış edib.
29 Avqust 2017 13:26 MədəniyyətQazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı başa çatıb. Qazaxıstanın Xalq Artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr edilən festivalda ölkəmizi "Yuğ" Dövlət Teatrının yaradıcı heyəti təmsil edib. "Olaylar" bildirir ki, yaradıcı heyət Mikayıl Mikayılovun quruluşunda hazırlanmış "Medeya. Sekvensiya 01" tamaşası ilə çıxış edib.
Sənət ocağının yaradıcı heyəti festivalın "Xəzər Renesansı" nominasiyası üzrə qalib elan edilib. Tamaşanın rejissoru Mikayıl Mikayılov və aktrisa Gülzar Qurbanova Türksoy türk mədəniyyət qurumunun məşhur türk dramaturqu Haldun Tanerin 100 illiyinə həsr olunmuş medala layiq görülüb.
Qeyd edək ki, TÜRKSOY-un təşkilatçılığı ilə reallaşan festivalın beynəlxalq tərkibli münsiflər heyətində Azərbaycanı sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov təmsil edib.