Gündəm

Bu yaşıllığın məhv edilməsi cəmiyyətə ziyan yox, xeyir verir

29 Avqust 2017 12:52

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, kultivasiya yolu ilə yetişdirilən, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində "Xaş-Xaş 2017" kompleks tədbirlər planına uyğun olaraq əməliyyat tədbirlərini davam etdirir.

Obamaya Rusiya ilə bağlı gizli təklif

29 Avqust 2017 12:50

Barak Obamaya prezidentliyi dövründə Rusiyaya qarşı sanksiya və ya müharibə etmək təklifi edilib. Bu barədə ABŞ-ın Rusiyadakı səfri Con Tefft "Exo Moskvı" radiostansiyasına müsahibəsində deyib. Səfir bildirib ki, Rusiyaya qarşı sanksiyalar səmərəli olub: "Obama administrasiyasına seçim təqdim olunub: "Bəs siz Rusiya ilə müharibə aparmaq istəyirsiniz"? Heç kim bunu istəmirdi. Bildiyim qədər Rusiya da ABŞ-la müharibə etmək istəməzdi." 

AFFA “Qarabağ”ı cərimələyib

29 Avqust 2017 12:49

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Azərbaycan Premyer Liqasının III turunda baş verənlər müzakirə olunub. “Neftçi” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub. “İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində meydan sahiblərini azlıqda qoyan Tərlan Quliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması 1 oyunluq cəza ilə nəticələnib.

Xanım direktorun fotosu müzakirələrə səbəb oldu

29 Avqust 2017 12:47

Azərbaycanda yeni tədris ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə bir neçə məktəbin direktoru dəyişdirilib. Həmin məktəblərdən biri də Sumqayıtda fəaliyyət göstərən 25 nömrəli tədris ocağıdır. Sosial şəbəkələrdə sözügedən məktəbə gənc xanımın təyinat alması barədə məlumatlar yayılıb. Şəbəkə istifadəçiləri xanım direktor Arzu Alzadənin bu vəzifəni icra etmək üçün çox gənc olduğunu vurğulayıblar.

Ramos: "Asensio Tanrı vergisinə malikdir"

29 Avqust 2017 12:43

"Real"ın gənc ulduzu Marko Asensio İspaniya Primerasının 2-ci turunda "Valensiya"nın qapısına 2 qol vurmaqla komandasına 1 xal qazandırdı.  Madrid klubunun kapitanı Serxio Ramos "As" nəşrinə müsahibəsində 21 yaşlı yarımmüdafiəçi haqqında fikirlərini bölüşüb.

Sarkisyan: "Putinlə Qarabağ barədə müzakirə aparmadıq”

29 Avqust 2017 12:41

Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi məsələsini müzakirə etməyib. Bu barədə Sarkisyan erməni gənclərlə görüşündə deyib.  "Biz, ümumiyyətlə, Qarabağ problemi barədə müzakirə aparmadıq. Mən sadəcə olaraq hazırda təmas xəttində mövcud vəziyyətlə bağlı situasiyanı təqdim etdim və qonşumuzun niyyətləri barədə öz baxışlarımı çatdırdım. Bu qədər. Biz bu cür məsələ müzakirə etmədik", - deyə Sarkisyan bildirib.

Azərbaycan göndərilən spamın sayına görə qlobal reytinqdə 70-ci yerdədir

29 Avqust 2017 12:38

Azərbaycan göndərilən spamın sayına görə qlobal reytinqdə 70-ci yerdədir. Bu barədə "Kaspersky Lab"ın analitik hesabatında deyilir.

PA: Türkiyə Azərbaycanla bütün sahələrdə münasibətləri möhkəmləndirməyə davam edəcək

29 Avqust 2017 12:36

Rəsmi Ankara Bakını dəstəkləməyə və Azərbaycanla bütün sahələrdə münasibətləri möhkəmləndirməyə davam edəcək. BunuTürkiyə Prezidenti Administrasiyasından deyiblər.

Arda Turan Fransada oynaya bilər

29 Avqust 2017 12:33

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan futbolçu karyerasını Fransada davam etdirə bilər.  "Monako" türk oyunçu ilə maraqlanır. Kataloniya klubunun 30 yaşlı futbolçu ilə yolları ayırmağa hazır olduğu bildirilir.

Misirdə avtobus aşıb , 14 nəfər ölüb

29 Avqust 2017 12:31

Misirin paytaxtı Qahirədə 14 nəfərin ölümü ilə nəticələnən avtobus qəzası baş verib. Bu barədə Misirin Səhiyyə Nazirliyi açıqlama yayıb. Hadisə el-Minya magistral yolunda baş verib.

Nazir müavini: "Test imtahanlarının ləğvindən söhbət getmir"

29 Avqust 2017 12:29

Təhsil Nazirliyi Azərbaycanda test imtahanlarının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Təhsil nazirinin müavini, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü Ceyhun Bayramov deyib ki, söhbət test imtahanlarının ləğvindən getmir: "Söhbət bizim gördüyümüz və bildiyimiz qaydada test imtahanlarının təkmilləşdirilməsindən gedir. Artıq faktiki olaraq bu proses başlayıb.

Polis bayramda gücləndirilmiş iş rejimində çalışacaq

29 Avqust 2017 12:27

Qurban bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovbununla bağlı əmr imzalayıb. Əmrə əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti sentyabrın 1-dən 5-dək gücləndirilmiş iş rejimində çalışacaq. Əmrdə həmçinin ictimai yerlərdə və insanların kütləvi istirahət etdikləri ərazilərdə, xüsusən bayram tədbirləri keçiriləcək ərazilərdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının dərhal alınması məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilməsi tələb olunur.

Xaricdən gələn üzümlərə aldanmayın – XƏBƏRDARLIQ

29 Avqust 2017 12:24

Neftin qiymətinin aşağı düşməsindən sonra əsas diqqət qeyri-neft sahəsinə, xüsusilə də kənd təsərrüfatına yönəlib. Kənd təsərrüfatının bir çox sahəsində inkişaf üçün addımlar atılır. Üzümçülük də kənd təsərrüfatının önəmli sahələrindəndir. Bir müddət bu geriləmə müşahidə olunsa da artıq bu sahənin inkişafı istiqamətində addımlar atılır.

Putin İrəvanı yox edən sazişə görə Sərkisyanı təbrik etdi

29 Avqust 2017 12:22

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Prezidenti Serj Sərkisyana iki dövlət arasında qarşılıqlı yardım, əməkdaşlıq və dostluq haqqında razılaşmanın 20 illiyi münasibəti ilə təbrik məktubu göndərib. Bu barədə informasiyanı Kremlin Mətbuat Xidməti yayıb. Putin məktubda Rusiya-Ermənistan münasibətlərini yüksək dəyərləndirib.

Arakanda dəhşət — Son üç gündə 3 min müsəlman qətlə yetirildi

29 Avqust 2017 12:16

Myanmarın Arakan vilayətində son üç gün ərzində dəhşətli hadisələr baş verir. Ordunun hücumu nəticəsində 3 minə yaxın müsəlman qətlə yetirilib. 100 min insan ev-eşiyindən didərgin düşüb. Bu barədə Avropa Rohingya Şurasının mətbuat katibi Anita Şaq məlumat verib.