Arakanda dəhşət — Son üç gündə 3 min müsəlman qətlə yetirildi
Myanmarın Arakan vilayətində son üç gün ərzində dəhşətli hadisələr baş verir. Ordunun hücumu nəticəsində 3 minə yaxın müsəlman qətlə yetirilib. 100 min insan ev-eşiyindən didərgin düşüb. Bu barədə Avropa Rohingya Şurasının mətbuat katibi Anita Şaq məlumat verib.
29 Avqust 2017 12:16 DünyaMyanmarın Arakan vilayətində son üç gün ərzində dəhşətli hadisələr baş verir. Ordunun hücumu nəticəsində 3 minə yaxın müsəlman qətlə yetirilib. 100 min insan ev-eşiyindən didərgin düşüb. Bu barədə Avropa Rohingya Şurasının mətbuat katibi Anita Şaq məlumat verib.
Məlumata əsasən Arakanda son günlərdə müsəlmanlara qarşı baş verən qətliam 2012-ci ildə baş verən hadisələrdən daha qanlı olub. Arakanın Rathedaung şəhərinə aid Saugpara kəndində 900-1000 nəfər müsəlman qətlə yetirilib. Bu qətliamda sadəcə bir nəfər oğlan uşağı sağ qalıb. Son üç gün ərzində Arakanın müxtəlif kəndlərində 3 minə yaxın müsəlman qətlə yetirilib. 100 min mülki vətəndaş ev-eşiyindən didərgin düşüb. 2 min arakanlı müsəlman Myanmar-Banqladeş sərhədinə yığılıb. Banqladeş hökuməti sərhədi bağlayıb. Şaq qətliamın dayandırılması üçün BMT və bütün beynəlxalq ictimaiyyəti təcili surətdə hərəkətə keçməyə çağırıb. Ölkə.az