Ramos: "Asensio Tanrı vergisinə malikdir"

"Real"ın gənc ulduzu Marko Asensio İspaniya Primerasının 2-ci turunda "Valensiya"nın qapısına 2 qol vurmaqla komandasına 1 xal qazandırdı.  Madrid klubunun kapitanı Serxio Ramos "As" nəşrinə müsahibəsində 21 yaşlı yarımmüdafiəçi haqqında fikirlərini bölüşüb.

"Asensio güclü futbolçudur. Onun istedadı artıq heç kimi təəccübləndirmir. Rahat buraxmaqla ona mane olmamalıyıq. Bu, digər gənclərin də özünü göstərməsi baxımından yaxşıdır. Marko Tanrı vergisinə malikdir. Zidan heyətin rotasiyasının məharətlə aparır. Əsas odur ki, komandada həmişə sağlam rəqabət olsun". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31