Gündəm
Səmadakı ən parlaq ulduzun görüntüsü əldə edilib
Astronomlar səmadakı ən parlaq 15-ci ulduz sayılan Antaresin tam şəkildə təsvirini əldə etməyi bacarıblar. Çili və Almaniyadan olan astronomlar “Scorpius” ulduz qrupu içərisindəki ən parlaq, ən uzaq, qırmızı rəngli ulduz Antaresin atmosferindəki maddə sürətinin də xəritəsini çıxarıblar. Ulduz Yer kürəsindən 554 işıq ili uzaqdadır.
Hindistanın Bihar ştatında ölənlərin sayı 514-ə çatdı
Hindistanın Bihar ştatında su daşqınlarından həlak olanların sayı 514-ə çatıb. Bu barədə ştatın fövqəladə hallar idarəsi məlumat yayıb. Bir müddət əvvəl 379 nəfərin həlak olduğu bildirilsə də, idarə rəsmisi artıq rəqəmin 514-ə çatdığını qeyd edib. 38 dairənin 19-unda 17 milyondan çox insan təbii fəlakətdən əziyyət çəkir. 150 müvəqqəti sığınacaqda 159 min insan yaşayır. Hakimiyyətin hesablamalarına əsasən ziyan çəkənlər 3-4 gün sonra evlərinə qayıda biləcəklər.
Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı
Sabunçu rayon 187 saylı tam orta məktəbin direktorunun səs yazısı ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, artıq məsələ araşdırılır, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Çin mətbəxi Azərbaycanda tanıdılır
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycanda Çin milli mətbəxinin, Çində isə Azərbaycan milli mətbəxinin tanıdılması istiqamətində genişmiqyaslı fəaliyyətini davam etdirir. “Olaylar” bildirir ki, zəngin Çin mətbəxi ənənələrinin təbliği ilə bağlı görülən işlər bu yay keçirilən iki mötəbər kulinariya tədbirində iştirak sayəsində daha da geniş vüsət alıb. Belə ki, iyulun 15-də Xaçmazda təşkil olunan II Beynəlxalq dolma festivalına 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan qatılmış 500-dən çox iştirakçı sırasında olan ADU nəzdində Konfutsi İnstitutunun əməkdaşları Çin milli mətbəxinin maraqlı nümunələrindən olan bambuk yarpaqlarına bükülmüş içliklə 3-cü yerə layiq görülüb.
Hadi Rəcəbli: Azərbaycan turistlər üçün maraqlı bir məkana çevirilib
“Azərbaycanın turizm potensialı olduqca yüksəkdir. Ölkəmizin həm təbii-coğrafi, həm də müasir dünyada tutduğu mövqe Azərbaycanı turistlər üçün maraqlı bir məkana çevirib”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Deputat: Ölkənin iqtisadi inkişafı həm də sosial məsələlərin həllinə əhəmiyyətli təsir edir
“Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət respublikamızda bütün sahələrdə yüksək inkişaf göstəriciləri ilə müşayiət olunur”. Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib. M.Quliyev bildirib ki, ölkəmizdə müşahidə olunan inkişaf həm də sosial məsələlərin həllinə əhəmiyyətli təsir edir.
22 yaşlı qızla öpüşən 66 yaşlı məşhur aktyordan- AÇIQLAMA
Ötən həftə 22 yaşında qızla öpüşərkən görüntülənən aktyor Tamer Levent qalmaqallı hadisə ilə bağlı ilk dəfə danışıb. 66 yaşında evli və iki uşaq atası olan Tamer Levent hadisənin bu cür şişirdilməsinə sərt reaksiya göstərib: "O gün xoşagəlməz hadisə oldu.
Ermənilər daha bir Azərbaycan mahnısını oğurlayıb - VİDEO
Erməni müğənni Super Sakonun ifa etdiyi "Mi Gna"(getmə) mahnısı İsrail Məmmədovun ifa etdiyi "Sən gəlin köçən gün" adlı mahnı ilə eynidir. Türkiyəni fəth edən mahnının türk versiyasını da bəzi müğənnilər ifa edib.
Məhkəmə təzavüz olayı ilə ölkəni qarışdıran aktyorla bağlı qərar çıxardı
2002-ci ildə iki qadına təcavüz etdiyi iddia edilən Hindistanın tanınmış müğənnisi, aktyoru və rejissoru Ram Rahim Sinqə məhkəmədə hökm oxunub. Həm də "Decha Sacha Sauda" adlı dini təriqətin lideri hesab edilən 50 yaşlı Ram Rahim Sinq məhkəmə qarşısına çıxıb. Təcavüz iddiaları sübut olunan aktyor 10 il müddətinə azadlıqdan məhrum edilib.
Məşhur aparıcını öldürən qadının həbsxanadakı qardaşı BÜTÜN HƏQİQƏTLƏRİ AÇDI
Məşhur aparıcı və aktyor Vatan Şaşmazı öldürən Filiz Akerin həbsxanada olan qardaşı məsələ ilə bağlı açıqlama verib. Filizin Akerin 22 ildir həbsxanada olan qardaşı Sumer Bayer cinayətin baş verməsini bacısının “Forex”də itirdiyi 2,5 milyon dollarla izah edib. Sumer Bayer bildirib ki, Filizlə Vatan 11 il əvvəl tanış olub: “Vatan ilk xanımı ilə birgə ABŞ-da Filizin evinə qonaq gəlib.
Oleq Kuznetsov: “Dağlıq Qarabağda Azərbaycanın suveren hüquqları bərpa edilməlidir” MÖVQE - VİDEO
Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün Azərbaycanın prioritet məsələsidir. Azərbaycan 1988-ci ildən başlayan erməni təcavüzünün qarşısını almaq, sonrakı illərdə isə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu qaytarmaq üçün beynəlxalq təşkilatların vasitəçiliyi ilə iş aparsa da hələlik bu öz bəhrəsini vermir. Niyə?
Azərbaycanın ABŞ-dakı səfirliyi xəbərdarlıqla çıxış edib
Azərbaycanın ABŞ-dakı səfirliyi Harvi qasırğası ilə bağlı bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun “Facebook” səhifəsinin verdiyi məlumata görə, Texas ştatında davam edən Harvi qasırğası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyində "qaynar xətt" fəaliyyət göstərir: “Təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlardan ABŞ-ın bu bölgəsinə səfər etməmələri tövsiyə olunur.
Məhərrəm ayının vaxtı bəlli olub
Məhərrəm ayının başlanma və Aşura gününün tarixi məlum olub. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqvimə əsasən bu il Məhərrəm ayı sentyabrın 22-də başlayır. Aşura günü isə oktyabrın 1-ə təsadüf edir.
Salyanda 33 yaşlı kişi intihar edib
Salyan şəhərində intihar hadisəsi qeydə alınıb. Məlumata görə, hadisə rayonun Xocalı kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Amid Mirhabil oğlu Həsənov yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bakıda qadın özünü yandırıb
Bakıda intihar hadisəsi baş verib. Məlumata görə, hadisə paytaxtın Xətai rayonu, M. Hadi küçəsi 11 ünanında qeydə alınıb. Həmin ünvanda yaşayan 50 yaşlı Nüşabə Cəfərova üzərinə benzin tökərək özünü yandırıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadını xilas etmək mümkün olmayıb. Məlumatda o da bildirilir ki, N. Cəfərova ruhi xəstə olub. Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.














