Hindistanın Bihar ştatında ölənlərin sayı 514-ə çatdı

Hindistanın Bihar ştatında su daşqınlarından həlak olanların sayı 514-ə çatıb. Bu barədə ştatın fövqəladə hallar idarəsi məlumat yayıb. Bir müddət əvvəl 379 nəfərin həlak olduğu bildirilsə də, idarə rəsmisi artıq rəqəmin 514-ə çatdığını qeyd edib. 38 dairənin 19-unda 17 milyondan çox insan təbii fəlakətdən əziyyət çəkir. 150 müvəqqəti sığınacaqda 159 min insan yaşayır. Hakimiyyətin hesablamalarına əsasən ziyan çəkənlər 3-4 gün sonra evlərinə qayıda biləcəklər.

Qeyd edək ki, avqust ayının əvvəlində Hindistan, Nepal və Banqladeşdə leysan yağışları başlayıb. Ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31