Gündəm

Bayram günlərində dəmir yolu gücləndirilmiş iş rejimində işləyəcək

29 Avqust 2017 11:32

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin kollektivi müqəddəs Qurban Bayramı ərəfəsində  gucləndirilmiş iş rejimində çalışacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən ictimaiyyətlə əlaəqlər  şöbəsinin rəhbəri Sevinc Qədirova məlumat verib.Onun sözlərinə görə, hazırda Sərnişin daşımaları departamentininkollektivi  bu istiqamətdə ciddi hazırlıq işləri görür.

Ölkəyə "beşbarmaq" gətirilməsinin qarşısı alınıb

29 Avqust 2017 11:33

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatı ilə baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb. Bu barədə  Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Olaylar”a  verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşa məxsus çamadanın cibində 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təhsil Nazirliyi: Namizədlər qeydiyyatdan keçməlidirlər

29 Avqust 2017 11:29

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb. Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər. Müvafiq keçid balını toplayan, lakin müsahibə mərhələsindən keçməyən namizədlər 5-7 sentyabr tarixlərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər.

Nazirlik şagirdlərə  müraciət etdi

29 Avqust 2017 11:26

Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib. Nazilikdən verilən məlumata görə,2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb.

Bankda PARTLAYIŞ

29 Avqust 2017 11:24

Əfqanıstanın paytaxtı Kabildə ABŞ səfirliyinin yaxınlığında partlayış baş verib. “Olaylar” “HaberTürk” - ə istinadən bildirir ki, partlayış zamanı 1 nəfər həlak olub, 8 nəfər yaralanıb.

6 İŞİD üzvü saxlanıldı – TÜRKİYƏDƏ

29 Avqust 2017 11:22

Türkiyənin İzmir şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirilib. “Olaylar” bildirir ki, əməliyyat zamanı 3 – ü Suriya vətəndaşı olmaqla, 6 şübhəli İŞİD üzvü saxlanılıb. Xüsusi Hərəkat polisi tərəfindən dəstəklənən əməliyyatda şübhəlilərin yaşadıqları ünvanlarda  və əşyalarında  aparılan axtarış zamanı çox sayda təşkilata aid sənəd və material ələ keçirilib.

Çində yadplanetliləri görüntülədilər? - VİDEO

29 Avqust 2017 11:20

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərin gerçək, yoxsa qurma olduğu haqqında geniş müzakirələr gedir. Çində çəkildiyi iddia edilən görüntülərdə gənclər səmada uçan yad cisim görür. UNO gördüklərini iddia edən bir qrup gənc avtomobil vasitəsilə uçan obyekti təqib edir və maraqlı görüntülər lentə alırlar.

Yeni həmsədr vəzifəsinin icrasına başladı

29 Avqust 2017 11:19

ABŞ Endryu Şoferin ATƏT-in Minsk qrupunun həmsədri təyin olunmasını alqışlayır.  Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Heder Nouertin bəyanatında bildirilir. Bəyanatda vurğulanır ki, E.Şofer Avropa və beynəlxalq təşkilatlarla zəngin iş təcrübəsinə malikdir. "ABŞ beynəlxalq hüquqa, o cümlədən Helsinki Yekun Aktında əksini tapmış güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını müəyyən etmə prinsiplərinə əsaslanan ədalətli həll yollarının axtarılması üçün səy göstərəcək", - deyə sözçünün bəyanatında qeyd olunur.

Ərdoğan: "Kəşfiyyatın idarəsi hökumətin əlində olmalıdır"

29 Avqust 2017 11:11

Kəşfiyyatın idarə edilməsi hökumətin əlində olmalıdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, əgər hökumət ölkənin kəşfiyyat qüvvələrini idarə etməsə, bu, ciddi problemlərə gətirib çıxaracaq: "Dünyanın bütün böyük ölkələrində kəşfiyyatın idarəsi hökumətlərin əlindədir".

İnfarkt riskini azaldan YENİ DƏRMAN

29 Avqust 2017 11:03

Britaniyalı mütəxəssislər infarkt riskini azaldan yeni dərman kəşf ediblər. Dörd il ərzində 40 ölkədə 10 min xəstənin üzərində aparılan araşdırma zamanı antienflamatuar dərmanların infarkt riskini azaltdığı məlum olub. Mütəxəssislər araşdırmaların müsbət nəticə verdiyini bildiriblər. Bu dərmanlardan istifadə edən xəstələr arasında infarkt riski 15 faiz azalıb.

Kitabxanaya silahlı hücum

29 Avqust 2017 09:53

ABŞ-ın Nyu-Meksika ştatının Colvis şəhərində yerləşən kütləvi kitabxanaların birinə silahlı hücum olub. “Olaylar” bildirir ki, hücum nəticəsində 2 nəfər həlak olub, 4 nəfər yaralanıb.

İndoneziyada Azərbycan mədəniyyət mərkəzi açılacaq

29 Avqust 2017 07:14

Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya ölkələri Departamentinin direktoru Ferdi Niko Yohannes Piayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “Olaylar” bildirir ki, nümayəndə heyətini ADU-da görməkdən məmnunluğunu bildirən rektor bu görüşün baş tutmasının təbii hal olduğunu deyib. O, qeyd edib ki, ADU-da İndoneziya dili, ədəbiyyatı, mədəniyyəti və tarixi öyrədilir. Universitetdə İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət görtərdiyini deyən rektor hər il ADU-nun 10 tələbəsinin İndoneziyaşünaslıq ixtisası üzrə hazırlandığını söyləyib: “Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu tələbələr İndoneziyanın mədəniyyətini, tarixini, ədəbiyyatı və dilini böyük həvəslə öyrənirlər. Azərbaycanda təkcə İndoneziya səfirliyi fəaliyyət göstərmir, burada eyni zamanda İndoneziyasevərlər məkanı var”.

“Kontrabas” yenidən beynəlxalq festivalda çıxış edəcək

29 Avqust 2017 07:03

Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalı keçiriləcək.  “Olaylar” bildirir ki, festivalda ölkəmizi Gənc Tamaşaçılar Teatrı təmsil edəcək. Oktyabrın 25-dən 28-dək davam edəcək festivalda Əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə səhnəyə çıxacaq. Tamaşa 27 oktyabr tarixində göstəriləcək. "Kontrabas" tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.

Kişilər başqa qadınlara niyə baxır?

28 Avqust 2017 20:03

Şotlandiyadakı Stirling Universitetində aparılan araşdırmaya görə, kişilərin gözəl qadınlara baxma meyli təkamüldən qaynaqlanır.  “Daily Telegraph” qəzetinin yayımladığı araşdırmada qadınların əvvəlcədən tanıdıqları kişiləri, kişilərinsə ilk dəfə gördükləri qadınları daha cazibədar hesab etdikləri məlum olub. Bunun da ulu babalarımızın mümkün olduqca çox qadınla yataraq nəsil artırma istəyindən qaynaqlana biləcəyi vurğulanır. Qadınlarınsa uşaqlara baxa bilmə və etibarlı ər axtarma səbəbi ilə tanıdıqları kişilərə üstünlük verdikləri deyilir.