“Kontrabas” yenidən beynəlxalq festivalda çıxış edəcək
Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalı keçiriləcək. “Olaylar” bildirir ki, festivalda ölkəmizi Gənc Tamaşaçılar Teatrı təmsil edəcək. Oktyabrın 25-dən 28-dək davam edəcək festivalda Əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə səhnəyə çıxacaq. Tamaşa 27 oktyabr tarixində göstəriləcək. "Kontrabas" tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.
29 Avqust 2017 07:03 Teatr və kinoRusiyanın Nijnevartovsk şəhərində "Şimal görüşləri" V Beynəlxalq Teatr Festivalı keçiriləcək. "Olaylar" bildirir ki, festivalda ölkəmizi Gənc Tamaşaçılar Teatrı təmsil edəcək. Oktyabrın 25-dən 28-dək davam edəcək festivalda Əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin "Kontrabas" mono-tamaşası ilə səhnəyə çıxacaq. Tamaşa 27 oktyabr tarixində göstəriləcək. "Kontrabas" tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.
Qeyd edək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa və digər ölkələrin teatrları iştirak edəcək.