Gündəm
Türklə evli olan müğənnimiz: “Açıq şəkildə təklif edirlər ki...”
Bəzən müsahibələr olur, amma şəxsi həyatımla bağlı məqamlarla bağlı çox soruşurlar, bunlara isə cavab vermək istəmirəm. 7 ildir Azərbaycana qayıtmışam. Bu illər ərzində mənə heç bitməyən sual verirlər ki, niyə Türkiyədən gəldin, nə zaman gedəcəksən? Nədənsə mənim bu tərəfim insanlara çox maraqlı gəlir, diqqət çəkir.
“Gartner”: “2017-ci ildə elektron aksessuarların satış həcmi 17 faiz artacaq”
"Gartner" analitik şirkəti 2017-ci ilin sonunadək dünyada 310,4 milyon "ağıllı" saat və digər elektron aksessuarların satılacağını proqnozlaşdırır. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 16,7 faiz çoxdur. Pul ifadəsində satış həcminin 30,5 milyard dollaradək artacağı gözlənilir ki, bunun da 9,3 milyard dolları "ağıllı" saatların payına düşəcək.
Pilotsuz təyyarələr anbarlarda məhsul ehtiyatlarını izləyəcək
Pilotsuz uçan aparatlar daha bir işdə insanları əvəz edəcək və milyardlarla dollara qənaət etməyə imkan verəcəklər. Müasir paylayıcı anbarlarda ehtiyatların izlənilməsi, hətta uğur qazanmış müəssisələr üçün böyük problemdir. Anbarlarda itirilmiş məhsul riteylerlər üçün böyük pul deməkdir, buna görə ehtiyatların izlənilməsini sadələşdirən texnologiyalar çox gərəkli ola bilər. Massaçusets Texnologiya İnstitutu (MTİ) tərəfindən hazırlanmış yeni sistem avadanlığın monitorinqi üçün RFID-dən istifadə edən pilotsuz təyyarələrin köməyindən istifadəni nəzərdə tutur.
Yeni mobil əlavə çəpgözlüyün müalicəsinə kömək edəcək
Rusiya alimləri çəpgözlüyün müalicəsinə kömək edəcək mobil proqram yaradıblar. Əsasını məşhur proqramın təşkil etdiyi yeni əlavə “İ-Lab” adlanır. Məlumata görə, qurğuda xüsusi lazer dəzgahının yonduğu gələcək linzalar üçün dəliklər quraşdırılıb. Karkasın ucuz materialdan - fanerdən ibarət olması hazırlanmanı asanlaşdırmağa və onu qənaətli etməyə imkan verir.
İndi “Skype” servisində kod yazmaq olar
“Microsoft” şirkəti “Skype” xidmətinə kod yazmaq imkanını əlavə edib ki, bu da müxtəlif texniki müsahibələr, müzakirələr və ya texniki dəstək üçün faydalı olacaq. Kod redaktoru yalnız “Skype” servisinin masaüstü versiyasında əlçatandır və yalnız “Microsoft Edge” və ya “Google Chrome” (32 bitlik versiyadan başlayaraq) brauzerlərində işə salına bilər.
Şəhərdə aslana bənzəyən köpək peyda olub
Çində nəhəng itini üçtəkərli motosikletə mindirib yola çıxan adam hər kəsin diqqətini çəkib.
"Ərə getməkdən qorxmuram"
Müğənni Hadisə evliliklə bağlı fikirlərini bölüşüb. Bodrumda səhnəyə çıxan ifaçı əvvəlcə jurnalistlərlə söhbət edib: "Hazırda ərə getmək planım yoxdur, amma o da bir gün olacaq. İşimə aşiqəm.
Məktəbli çantalarında nəyə diqqət etməliyik?
Məktəb alış- verişində önəm verilən əsas əşyalardan biri məhz çantadır. Lakin uşaqların sağlamlığı, eləcə də rahatlığı üçün önəmli olan çantaların yanlış seçimi bir çox fəsadlara gətirib çıxara bilər. Belə olan halda, valideynlər məktəbli çantası seçərkən nəyə diqqət etməli və uşaqlar üçün yaranan təhlükənin qarşısını necə almalıdırlar?
Bürclərə görə qadınların ərlərinə MÜNASİBƏTİ
Ailə psixoloqları qadınlara ərlərinə təzyiq göstərməməyi və onları olduğu kimi qəbul etməyi məsləhət görür. Amma nədənsə qadınların çoxu ailə qurduqdan sonra həyat yoldaşlarının bəzi vərdişlərini dəyişdirməyə çalışır.
Günəş enerjisi ilə çalışan işıqforlar quraşdırılıb
Moskvada ilk dəfə yeni nəsil işıqforlardan istifadə edilib. İşıqforlar elektrik şəbəkəsindən asılı olmayaraq işləyəcək. Akkumlyatorlar günəş enerjisi ilə dolacaq və hətta qış fəslində qarlı-yağışlı havalarda belə batareyanı doldurmaq mümkün olacaq. Moskvanın Yol Hərəkəti Təşkili Mərkəzinin rəhbəri Vadim Yuriyevin sözlərinə görə, yeni nəsil işıqforlar elektrik şəbəkələrinin az olduğu ərazilərdə quraşdırılacaq.
Türkiyədə qeyri-adi yarışma
İstanbulda Sultanqazi bələdiyyəsi tərəfindən növbəti dəfə “Ən böyük və ən gözəl iribuynuzlu Qurbanlıq heyvanların gözəllik yarışması” təşkil edilib. Anadolu informasiya agentliyi xəbər verir ki, Sultanqazi Qurbanlıq Satış Mərkəzində keçirilən yarışmada 17 iribuynuzlu qurbanlıq heyvan münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Diqqət: Qatıq vərəm xəstəliyinə qarşı təbii antibiotikdir
Hər kəsin qida məhsulu kimi tanıdığı qatığın faydalı xüsusiyyətləri çoxdur. O, ilk növbədə həzmi asanlaşdırır, dişdə daşların əmələ gəlməsinin qarşısını alır. Qatıq həm də vərəm xəstəliyinə qarşı təbii antibiotikdir, orqanizmi xərçəng, mədə-bağırsaq xəstəliklərindən qoruyur, eyni zamanda, dəriyə parlaqlıq verir. Vyana alimlərinin araşdırmalarına görə, gün ərzində 3-4 boşqab qatıq yemək immunitet üçün əvəzsiz rol oynayır.
Marko Borriello A Seriyasının tarixinə düşüb
İtaliya A Seriyasının 2-ci turunda "Udinese" ilə qarşılaşan SPAL 3:2 hesablı qələbə qazanıb. Debütantın heyətində ilk qolu Marko Borriello vurub. 35 yaşlı hücumçu İtaliya çempionatının rekordunu təzələyib. O, 12 fərqli komandanın heyətində fərqlənməklə buna nail olub. Daha öncə analoji rekordu Nikola Amoruzo müəyyənləşdirmişdi. Borriello "Milan"n yetirməsidir. O, karyerası ərzində "Roma", "Yuventus" və "Genoa" kimi klubların da şərəfini qoruyub.
9 ilə fəth olunan "250-lik"
Azərbaycan Premyer Liqasının III turu Rəşad Sadıqov üçün əlamətdar olub. Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı klubunun heyətində 250-ci matçını keçirib. Bu yubiley "Qəbələ" ilə ev matçına təsadüf edib. 35 yaşlı müdafiəçi komandasının 2:1 hesablı qələbə qazandığı oyunda Ağdam təmsilçisinin tarixinə 250 və daha çox matç keçirən oyunçulardan biri kimi düşüb. Maraqlıdı ki, I turda Qara Qarayev 250-ni fəth etmişdi.
"Qarabağ"ın Bakıya gətirəcəyi ən bahalı futbolçular
Məlum olduğu kimi, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Təmsilçimiz turnirin C qrupunda mübarizə aparacaq. Qurban Qurbanovun başçılıq etdiyi komandamız "Çelsi", "Atletiko" və "Roma" ilə mübarizə aparacaq.














