Gündəm

Çex: "Çempion olacağımıza inanmasaydım..."

28 Avqust 2017 18:45

"Arsenal"ın qapıçısı Petr Çex Premyer Liqanın 3-cü turunda "Liverpul"a 0:4 hesablı məğlubiyyətə münasibət bildirib. Təcrübəli qolkiper bunları deyib: "Bu məğlubiyyət bizim komanda üçün yolverilməzdir. Düzdür, qol imkanı yarada bilməyəndə bu hesabla uduzmaq mümkündür.

Avtomobil almaq istəyən şəxsin ödəmə üsulu hər kəsi heyrətə saldı

28 Avqust 2017 18:41

Çinin Şinyanq əyalətində qəribə hadisə baş verib.  110 000 dollar qiyməti olan avtomobili almaq istəyən Qann adlı şəxs avtomobilin ödəməsini qəribə üsulla edib.

Yığmamızın üzvü 90 dəqiqə oynadı

28 Avqust 2017 18:40

Ukrayna Premyer Liqasında VII turun oyunları keçirilib. Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası "Aleksandriya" tur çərçivəsində "Vorskla"nı qəbul edib. Oyun ev sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. Start heyətində yer alan Paşayev 90 dəqiqə meydanda olub.

Argentina millisinin heyəti açıqlandı

28 Avqust 2017 18:35

Argentina millisi 2018 DÇ semə mərhələsində Uruqvay (1 sentyabr) və Venesuela (6 sentyabr) ilə qarşılaşacaq. Baş məşqçi Xorxe Sampaoli 27 futbolçuya dəvət göndərib. "Zenit"in 24 yaşlı yarımmüdafiəçisi Emiliano Riqoni isə ilk dəfə milliyə çağrılıb. "Juventus"un forvardı Qonzalo Hiquain isə bu dəfə millidən kənarda qalıb. 

Emre Morun yeni klubu müəyyənləşdi

28 Avqust 2017 18:30

"Borussiya" Dortmunddan ayrılacağı dəqiqələşən Emre Morun yeni klubunun adına aydınlıq gəlib.  "Fənərbağça"nın hədəfində olan Mor İspaniyanın "Celta Vigo" klubu ilə razılığa gəlib. İspan klubu türk futbolçu üçün alman klubuna 13 milyon avro ödəyəcək. Futbolçunun illik gəliri isə 2 milyon avro olacaq.

“AppLab” Mərkəzi biznes planın hazırlanması üzrə intensiv təlim təşkil edib

28 Avqust 2017 18:29

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “AppLab” proqramının iştirakçılarının davamlı inkişafını dəstəkləmək məqsədilə təlimlərə başlayıb.

“WhatsApp”dan maraqlı YENİLİK

28 Avqust 2017 18:20

"WhatsApp” messenceri istifadəçilərini eksklüziv yeniliklə sevindirir. Artıq istifadəçilər rəngli mətn statusları yaza biləcəklər. “WhatsApp”dakı statuslar qısa bildirişlərdən ibarətdir və bir neçə gün ərzində qala bilir. Sonradan isə proqram tərəfindən silinir. “VKontakte” və “İnstagram” sosial şəbəkələrində bu seçim “histories” adlanır. Xatırladaq ki, rəngli statusları bu messencerin məxsus olduğu “Facebook” sosial şəbəkəsində də dərc etmək mümkündür.

Putin Avropa İttifaqına səfər edib

28 Avqust 2017 18:10

Rusiya prezidenti Vladimir Putin Macarıstanın paytaxtı Budapeştə gəlib. Putin Macarıstanın baş naziri Viktor Orbanla görüşəcək və cüdo üzrə dünya çempionatının açılışına qatılacaq. Tərəflər mayın sonlarında Macarıstanda “Pakş” AES-nin açılışına qatılmışdılar. 

Tramp Luiziana ştatında fövqəladə vəziyyət elan etdi

28 Avqust 2017 18:08

ABŞ prezidenti Donald Tramp "Harvi" qasırğası ilə əlaqədar Luiziana ştatında fövqəladə vəziyyət elan edib. Bu barədə Ağ Ev rəsmiləri məlumat verib. "Harvi" qasırğası həftə sonu Meksika körfəzinin sahillərində tüğyan edib. Qasırğa nəticəsində Texas ştatında dağıntılar qeydə alınmışdı.

Banklar gücləndirilmiş iş rejimində işləyəcək - SİYAHI

28 Avqust 2017 18:07

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Bakıda itkin düşmüş şəxsin yeznəsi tərəfindən öldürüldüyü məlum oldu

28 Avqust 2017 18:05

Paytaxtın Xəzər rayonunda törədilmiş qətlin üstü açılıb. Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyindən verilən birgə məlumata görə, avqustun 13-də Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini - bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib.

Piylənməyə görə həkimə aparılan 13 yaşlı qız hamilə çıxdı

28 Avqust 2017 17:55

Hindistanın Mumbay şəhərində yaşayan bir ailə 13 yaşlı qızının qarnının getdikcə şişdiyini görüb və piylənmə xəstəliyinə tutulduğunu sanaraq onu həkimə aparıb. Xəstəxanada azyaşlının hamilə olduğu ortaya çıxıb. 13 yaşlı qızın təcavüzə uğradığı və təcavüzün qızın atasının yaxın dostu tərəfindən həyata keçirildiyi bildirilib.

Ali məktəblərə və magistraturanın boş qalan plan yerlərinə qeydiyyat başa çatıb

28 Avqust 2017 17:38

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başa çatıb. Qeydiyyat prosesi bu gün saat 17:00‑dək davam edib. Bu müddətdə ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər və bakalavrlar  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməli idi. Qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Nazirlik Ququşun fikirlərinə münasibət bildirib

28 Avqust 2017 17:36

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda konsertinin təşkil olunmasına icazə verilməməsi barədə müğənni Ququşun (Faiqə Atəşin) adından yayılan açıqlamaya münasibət bildirib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müğənninin Azərbaycanda konsertinin təşkil olunması ilə bağlı Nazirliyə müraciət daxil olmayıb: "İlk növbədə onu qeyd etmək istəyirik ki, Mədəniyyət və Turizm Nazirliyi, mərkəzi icra hakimiyyəti orqanı olaraq ölkəmizdə kommersiya məqsədilə keçirilən konsert proqramlarının təşkilatçısı qismində çıxış etmir.

Lənkəran regional ədliyyə idarəsi Yardımlıda seminar-müşavirə keçirib

28 Avqust 2017 17:33

Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Yardımlı rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilib. “Olaylar” xəbər verir ki, bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin məsləhətçisi Aqil Salmanov Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir”, “Korrupsiya hüquqpozmalarının qarşısının alınması və bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması”, “Bələdiyyələrdə kargüzarlığın təşkili” mövzusunda məruzə edib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.