Gündəm

Nazpəri Dostəliyevanın evindən oğurlanan qızılların və pulların GÖRÜNTÜLƏRİ - YENİLƏNİB

28 Avqust 2017 17:25

Xalq artisti, tanınmış müğənni Nazpəri Dostəliyevanın evindən seyf oğurlayan şəxslər saxlanılıblar. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, Sumqayıt sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 127-ci (qəsdən sağlamlığa az zərə vurma) maddələri ilə məhkum edilən Hüseynli Yunis Hüseyn oğlu və Verdiyev Ruslan Əzizağa oğlu saxlanılıblar.

Sərxoş vəziyyətdə yol nəqliyyat hadisəsi törətmiş şəxs həbs edilib

28 Avqust 2017 17:24

Avqustun 27-də, saat 00:35-də Ağdaş şəhər sakini, 1990-cı il təvəllüdlü İlqar Həsənov idarə etdiyi və özünə məxsus olan “Infiniti FX35” markalı 90-ZM-111 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirərək mağazanın qarşısındakı soyuducu kameralara, daha sonra işıq dirəyinə və 5 saylı orta məktəbin daş hasarına dəyməklə yol nəqliyyat hadisəsi törətmişdir.

78 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib

28 Avqust 2017 17:23

Hacıqabul və Kürdəmir  rayonlarında Dövlət Məşğulluq Xidməti Orqanları tərəfindən “Əmək Yarmarkası” keçirilib. Dövlət Məşğulluq Xidmətindən “Olaylar”a verilən məlumata görə, Hacıqabul rayonunda keçirilən tədbirdə 32 müəssisə iştirak etmişdir ki, onlardan 28-i dövlət, 4-ü qeyri dövlət müəssisələri olmuşdur.

Ermənistanda tələbələr üsyana hazırlaşır

28 Avqust 2017 17:21

Erməni tələbələr tərəfindən "Facebook" sosial şəbəkəsində "Ölkəmizin sahibi bizik" təşəbbüsü ilə "dərs və iş tətili" adlı event yaradılıb. Eventdə digər sahələrdə olduğu kimi sentyabrın 1-dən etibarən orta məktəblərdə və ali təhsil müəssisələrində tətillərə başlamaq təklif olunur. Bildirilir ki, Ermənistanda tələbələrin genişmiqyaslı aksiyası sentyabrın 1-dən mütəşəkkil hal alacaq. Etirazçı tələbələr meydanda aksiyanı sistemləşdirmək üçün hər fakültədən bir qrup təşkil edəcəklər. Təşəbbüs qrupu axşam saatlarında etirazçıları "Azadlıq" meydanına toplanmağa, hakim rejimin cinayətlərinə qarşı çıxış etməyə çağırıb. 

Netanyahudan ŞOK İDDİA — İran Suriya və Livanda raket istehsal edir

28 Avqust 2017 17:12

İsrailin baş naziri Binyamin Netanyahu İran əleyhinə yeni iddia səsləndirib. Netanyahunun iddiasına əsasən İran dövləti Suriya və Livanda raket istehsal edən müəssisələr inşa edir. Onun açıqlamasına əsasən İran bu raketlərdən İsrailə qarşı istifadə edəcək.

Prezident Astarada yol tikintisinə 8,5 milyon manat ayırdı

28 Avqust 2017 17:10

Prezident İlham Əliyev Astara rayonunun Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Yunanıstanda şəhər merini bıçaqladılar

28 Avqust 2017 17:08

Yunanıstanda bir nəfər Elevsin şəhərinin merinə bıçaqla hücum edib. Hücum nəticəsində mer yaralanıb. İki bıçaq yarası alan Yorqos Tsukalos xəstəxanaya yerləşdirilib. Polis hücum edən şəxsin qısa müddət əvvəl meriyada işdən azad edildiyini müəyyənləşdirib. Həmin şəxs axtarışlardan sonra həbs edilib.

Natiq Əmirov "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

28 Avqust 2017 17:07

Prezident İlham Əliyev Natiq Əmirovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Ukraynada iki deputat öldürüldü

28 Avqust 2017 17:06

Ukraynanın şərqində yaradılan “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı rejimin “Xalq Şurası”nın deputatı öldürülüb. Bu haqda “LXR”in “baş prokurorun müavini” Qriqori Sevenko brifinqdə bildirib. Onun sözlərinə görə, rezonans doğuran qətllər avqustun 26-dan 27-də keçən gecə Kamenobrodsk rayonunda törədilib. Hadisənin təfərrüatları açıqlanmır. 

Bazarda PARTLAYIŞ

28 Avqust 2017 16:53

İraqın paytaxtı Bağda şəhərində yerləşən bazarların birində terror hadisəsi baş verib. “Olaylar” bildirir ki, Bağdadın şərqində yerləşən Cəmilə bazarında partlayıçı qurğu olan avtomobil partladılıb. İlkin məlumata xəbər terror hadisəsi zamanı 9 nəfər həlak olub, 25 nəfər yaralanıb. Həlak olanların sayının artacağı gözlənilir.

“İnfiniti” ilə qəza törədən məmur oğlu həbs edildi — RƏSMİ

28 Avqust 2017 16:43

Ağdaşda sərxoş vəziyyətdə yol-nəqliyyat hadisəsi törədən sürücü inzibati qaydada cəzalandırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, avqustun 27-də, saat 00:35-də Ağdaş şəhər sakini, 1990-cı il təvəllüdlü İlqar Həsənov idarə etdiyi və özünə məxsus olan “Infiniti FX35” markalı 90-ZM-111 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirərək mağazanın qarşısındakı soyuducu kameralara, daha sonra işıq dirəyinə və 5 saylı orta məktəbin daş hasarına dəyməklə yol nəqliyyat hadisəsi törədib.

"Bu xəstəliyə görə 5 kiloqram arıqlamışam" - Vüsalə Əlizadə

28 Avqust 2017 16:40

Aparıcı Vüsalə Əlizadə son günlər xeyli çəki atmasının səbəbini açıqlayıb.  O, bildirib ki, mədəsində problem var və 20 gündür pəhriz saxlayır.  Vüsalə buna görə 5 kiloqram çəki atdığını deyib: "Son günlər həddindən artıq yayılan mədə ağrıları məndən də yan keçməyin. 20 gündür müalicə məqsədiylə pəhriz saxlayıram: kəsmik, qaynadılmış kartof,  çiy kartof suyu içməkdən ağzımın dadı da qaçıb.

Küçələrdə artan dini təbliğat halları qanunidirmi? - RƏSMİ cavab

28 Avqust 2017 16:38

Son günlər Bakıda “Yehova şahidləri” dini icmasının üzvlərinin küçələrdə insanlara yaxınlaşaraq dini təbliğat aparması halları artıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov məsələyə münasibət bildirərkən  deyib ki, “Dini etiqad azadlığı haqqında” qanunun 22-ci maddəsinə əsasən, dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər.

Vətəndaşların korrupsiya ilə əlaqədar müraciətlərinə necə baxılmalıdır?

28 Avqust 2017 16:33

Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunua əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır.

Sifariş olunmuş məzar, 4 milyon pul, 13 güllə - Qətlin təfərrüatı 

28 Avqust 2017 16:31

Aparıcı-aktyor Vatan Şaşmazı qaldığı otel otağında güllələyərək qətlə yetirən keçmiş model Filiz Aker haqda maraqlı məlumatlar ortaya çıxıb.  Modelin bacısı qızı Dora Ercan xalasının hələ 2 ay əvvəl özünə məzar qazdırdığını deyib:  "Ailə qəbiristanlığı hazırlatmışdı. Vatan çox sevdiyim dostum idi. Bir ara xalam yuxusuzluq əleyhinə dərman istifadə edirdi. Amerikada evi var idi. Həmin evi satıb Türkiyəyə gəlib. Xalam qəribə insan idi. Bütün var-yoxunu əlindən çıxarmışdı. Bir il idi ki, qaldığı otelin pulunu necə verirmiş bilmirəm. Məni otelə özü çağırdı. "Bir paket var onu verəcəyəm, anana apar" dedi. Bir qədər söhbətdən sonra "indi gəlirəm" deyib otağa çıxdı".