Netanyahudan ŞOK İDDİA — İran Suriya və Livanda raket istehsal edir
İsrailin baş naziri Binyamin Netanyahu İran əleyhinə yeni iddia səsləndirib. Netanyahunun iddiasına əsasən İran dövləti Suriya və Livanda raket istehsal edən müəssisələr inşa edir. Onun açıqlamasına əsasən İran bu raketlərdən İsrailə qarşı istifadə edəcək.
28 Avqust 2017 17:12 Dünyaİsrailin baş naziri Binyamin Netanyahu İran əleyhinə yeni iddia səsləndirib. Netanyahunun iddiasına əsasən İran dövləti Suriya və Livanda raket istehsal edən müəssisələr inşa edir. Onun açıqlamasına əsasən İran bu raketlərdən İsrailə qarşı istifadə edəcək.
BMT-nin baş katibi Antonia Quterres ilə keçirdiyi görüşdə çıxış edən Netanyahu deyib: "Həm Suriya, həm də Livanda raket istehsal etmək üçün binalar inşa edilir. İsrail bunu qəbul etməyəcək. BMT də bunu qəbul etməyəcək". Ölkə.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31