Gündəm

Ramzan Kadırov ikinci arvad almağa icazə verdi

28 Avqust 2017 16:26

Ramzan Kadırov terrorla yeni mübarizə üsulu tapıb. Çeçenistan prezidenti Ramzan Kadırov ölkədəki bir çox problemlərin boşanmış ailələrdən qaynaqlandığını əsas gətirərək boşanmış ər və arvadları birləşdirməyə başlayıb. Belə ki, iyun ayında Groznıdaki çıxışında ” boşanmış və ayrı yaşayan ailələrin uşaqları sonda ya quldur, ya da terrorist olur. Bunun qarşısını ailələri birləşdirməklə ala bilərik” demişdi.

Məscidə 20 – dən çox kitab hədiyyə edildi

28 Avqust 2017 16:23

Bilik Fondu “İslam Həmrəyliyi İli” ilə bağlı bölgələrdə keçirdiyi tədbirlər çərçivəsində Masallı şəhərindəki Cümə məscidinə dini, elmi və bədii kitablar hədiyyə edib. Fonddan “Olaylar” – a bildirilir ki, dindarlar, ictimaiyyət nümayəndələri və ziyalıların iştirakı ilə təşkil olunan mərasimdə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla çıxış edib. Qeyd olunub ki, “Məscid kitabxanası” layihəsi çərçivəsində indiyədək Bilik Fondu tərəfindən 20-dən çox məscidə kitablar hədiyyə edilib. Masallı Cümə məscidi dini icmasının sədri və axundu Vaqif Mikayılov 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etdiyinə görə Prezident İlham Əliyevə dindarlar adından minnətdarlıq edərək iki yüz ildən çox yaşı olan məscid binasının təmir olunub tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunduğunu, məscidin hər kəsin üzünə açıq olduğunu, dini ayin və mərasimlərdə heç bir ayrı-seçkiliyə yol verilmədiyini diqqətə çatdırıb.

Portuqaliyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

28 Avqust 2017 16:18

“Portuqaliya parlamentinin üzvü Rubini Berardinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-nə dəvət olunub, məsələ ilə bağlı Azərbaycanın narahatlığı ifadə olunub”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev portuqaliyalı parlamentarın bu ayın ortalarında Dağlıq Qarabağa qanunsuz səfəri etməsi və görüşlər keçirməsini şərh edərkən deyib. 

Eldar Mahmudovun bank talayan ailə üzvləri: əmioğlu azadlığa çıxdı

28 Avqust 2017 16:17

Nəsimi Rayon Məhkəməsində “Azərtürkbank” ASC-nin Bakı filialının sabiq müdiri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İlham Mahmudovun cinayət işi üzrə məhkəmə iclası hökmün oxunması ilə başa çatıb. Virtualaz.org xəbər verir ki, hökmə əsasən, İ.Mahmudov 1 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin 1000 manat cərimə olunub.

750 rusiyalı turist Türkiyədə “girov” vəziyyətində qalıb

28 Avqust 2017 16:13

Bu gündən etibarən Türkiyənin Antalya kurortlarında “girov” vəziyyətində qalmış 754 rusiyalı turistin xüsusi təyyarələrlə vətənlərinə daşınmasına başlanacaq. Müflisləşdiyini və müəyyən həcmdən artıq sığorta haqlarını ödəmək iqtidarında olmadığını bildirmiş “Ted Travel” turoperatorunun müştəriləri Türkiyədə çıxılmaz vəziyyətdə qalıb. Onlar qiymətini Rusiyada ödədikləri xidmətləri ala bilmir.

“Vor zakon” saxta Azərbaycan pasportu ilə sərhəddə tutuldu

28 Avqust 2017 16:10

Rusiya ilə Gürcüstan arasındakı Yuxarı Lars sərhəd-keçid məntəqəsini saxta sənədlərlə keçmək istəyən gürcü "qanuni oğru” tutulub. Virtualaz.org xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsindən verilən məlumata görə, o, gürcü kriminal aləminin tanınmış liderlərindən biridir.

Türkiyədə son bir həftədə 1094 antiterror əməliyyatı keçirilib

28 Avqust 2017 16:07

Türkiyədə son bir həftə ərzində terror təşkilatları ilə mübarizə çərçivəsində təhlükəsizlik qüvvələri tərəfindən 1094 əməliyyat təşkil olunub. Əməliyyatlarda 34 terrorçu məhv edilib.

84 xəstəni öldürdü

28 Avqust 2017 16:02

Almaniyanın Delmenhorst və Oldenburg şəhərlərində 2015-ci ildə 6 nəfəri  öldürməkdə ittiham olunan və ömürlek həbsə məhkum edilən  Niels Högelin daha 84 xəstən öldürdüyü məlum olub. “Olaylar” bildirir ki, 40 yaşındakı Högel məhkəmədə verdiyi ifadədə reanimasiyada yatan xəstələrə ürək böhranına yol aça biləcək bir dərman enjekte etdiyini və sonra da xəstələri qurtarma çalışaraq yoldaşlarının yanında qəhrəman kimi görünməyə çalışdığını açıqlayıb. Hadisə İkinci Dünya müharibəsi sonundan bu yana ölkədə yaşanan ən böyük cinayət hesab olunur.

İslam Kərimovun qızı vəzifəsindən imtina edir

28 Avqust 2017 15:55

Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Lola Kərimova-Tillayeva yaxın vaxtlarda ölkəsinin YUNESKO yanındakı daimi nümayəndəsi postundan imtina edəcəyi ilə bağlı açıqlama verib.

Qurban bayramı ilə əlaqədar baytarlıq nəzarəti gücləndirilib

28 Avqust 2017 15:53

Sentyabrın 1-2-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar dövlət baytarlıq nəzarəti gücləndirilib.  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) “Olaylar”a verilən məlumata görə, respublikanın rayon və şəhərlərində qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satışının və kəsiminin qarşısının alınması, ətlərin baytarlıq-sanitariya ekspertizasından keçirilməsi məqsədi ilə əmr verilib.

Ərəblərin biznesə çevirdiyi dəvə sidiyi haqqında ŞOK FAKTLAR

28 Avqust 2017 15:51

“Pharmacy and est defence” adlı tibbi jurnalda çıxan məqaləyə görə, dəvə sidiyi xərçəng xəstəliyini müalicə edir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, dəvə sidiyi bir çox cəhətdən faydalıdır. Lakin hər dəvənin sidiyi faydalı deyil. Faydalı sidiyi əldə etmək üçün onu xüsusi şəraitdə yetişdirirlər. Bunun üçün Yəmən və Səudiyyə Ərəbistanda bitən otları yeyərək qidalanan dəvələrin sidiyini istifadə etmək lazımdır.

“Bir insanı xilas edən bütün insanlığı xilas etmiş olur” -  Jeroen Vilyams

28 Avqust 2017 15:47

Bu yaxınlarda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı  ilə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəsmiləri, əməliyyatlar bölməsinin rəhbəri Jeroen Vilyams və layihə meneceri Ramilə Aslanova ilə birlikdə Azərbaycanın müharibədən zərər çəkmiş ərazilərinə səfər edib.

Qardaşı ilə mübahisə edib keçmiş arvadını bıçaqladı

28 Avqust 2017 15:37

Quba rayon sakini keçmiş arvadına bıçaqla xəsarət yetirdiyinə görə tutulub.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 26-da Quba rayonunun Barlı kəndində yaşayan Telman Ağazadə həyətində qardaşı Nərimanla mübahisə edərkən onları sakitləşdirmək istəyən, həmin həyətdəki digər evdə yaşayan keçmiş arvadı Məleykəyə bıçaqla xəsarət yetirib.

Vətəndaşlar diqqətli olmalıdır 

28 Avqust 2017 15:36

"Dünən hərbi hissədə baş vermiş yanğın arzuolunmaz haldır. Hadisə ilə əlaqədar dövlət başçısı komissiya yaratmaq üçün sərəncam imzalayıb. Komissiyanın tərkibinə müxtəlif sahələri əhatə edən mütəxəssislər cəlb olunubdur". Bu sözləri millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, baş Prokrurluqda da məsələylə bağlı cinayət işi açılıb: "Komissiyya tam dəqiqliklə hadisənin baş vermə səbəblərini araşdıracaq və işə məsuliyyətsiz yanaşan şəxslər haqqında ölçü götürüləcəkdir.

Avtobusu Qara dənizə aşırıb 19 fəhləni öldürən erməni həbs edildi

28 Avqust 2017 15:36

Rusiyanın Krasnodar vilayətində Krımı Rusiyaya birləşdirən körpünün tikintisini aparan fəhlələri daşıyan avtobusun Qara dənizə düşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb. Yaralılardan biri xəstəxanada keçinib. Hazırda xəstəxanalarda 19 nəfər yaralı var.