Ramzan Kadırov ikinci arvad almağa icazə verdi

Ramzan Kadırov terrorla yeni mübarizə üsulu tapıb. Çeçenistan prezidenti Ramzan Kadırov ölkədəki bir çox problemlərin boşanmış ailələrdən qaynaqlandığını əsas gətirərək boşanmış ər və arvadları birləşdirməyə başlayıb. Belə ki, iyun ayında Groznıdaki çıxışında ” boşanmış və ayrı yaşayan ailələrin uşaqları sonda ya quldur, ya da terrorist olur. Bunun qarşısını ailələri birləşdirməklə ala bilərik” demişdi.

Ramzan Kadırov terrorla yeni mübarizə üsulu tapıb. Çeçenistan prezidenti Ramzan Kadırov ölkədəki bir çox problemlərin boşanmış ailələrdən qaynaqlandığını əsas gətirərək boşanmış ər və arvadları birləşdirməyə başlayıb. Belə ki, iyun ayında Groznıdaki çıxışında " boşanmış və ayrı yaşayan ailələrin uşaqları sonda ya quldur, ya da terrorist olur. Bunun qarşısını ailələri birləşdirməklə ala bilərik" demişdi.

Kadırovun bu sözlərindən sonra Çeçenistanın bütün bölgələrində "Ailə uyğunluq komissiyası" yaradılıb. Komissiyalara yerli idarəçilər, din adamları və ağsaqqal heyyəti daxil edilib. Çeçenistan televiziyasının xəbərinə görə, artıq 948 ailə birləşdirilib.

Qeyd edək ki, ərləri ilə barışdırılan qadınlar Rusiya Federasiyasının qanunlarına zidd olmasına baxmayaraq, ikinci arvad olaraq da ailəyə qaytarılır. A.24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31