Gündəm
Jalə Əliyeva: Türk xalqları arasında birliyin güclənməsi tarixi zərurətə çevrilib
“Türk xalqları arasında birliyin güclənməsi tarixi bir zərurətə çevrilib. Xüsusilə, dünyanın qloballaşdığı şəraitdə bu birlik öz əhəmiyyətini daha da aktuallaşdırır”. Bu fikirləri Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Jalə Əliyeva deyib.
Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini qismən bərpa edib
Macarıstanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi viza alınması üçün sənəd qəbulunu qismən bərpa edib. Bu barədə səfirlikdən məlumat verilib. Konsulluq şöbəsi ötən həftə texniki qüsurlarla əlaqədar sənəd qəbulunu dayandırmışdı.
Balakəndə kişi 12 yaşlı qızı tək olanda zorlayıb
Balakən rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan şəxs məhkəmə qarşısına çıxarılıb. Balakən rayon Məhkəməsinin qərarı ilə 12 yaşlı C.Ş-nı zorlayaraq bəkarətini pozan və onun hamilə qalmasına səbəb olan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3-cü (Zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə açılmış cinayət işinin istintaqı davam etdirilir.
İsmayıllıda 37 ədəd çətənə kolu aşkar edilib
İsmayıllı rayonunun Yenikənd kəndində vətəndaşlara məxsus həyətyanı sahələrdən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yenikənd kənd sakinləri Bəxtiyar Bəbirova məxsus həyətyanı sahədən 4 ədəd, Mustafa Həkimova məxsus həyətyanı sahədən isə 37 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar edilərək götürülüb.
“Retro Bakı” – nın konserti “Qarabağ”- a həsr olundu
Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə bu həftə sonu keçirilən “Retro Bakı” konsertləri “Qarabağ” futbol klubunun qalibiyyətinə həsr olunub. “Olaylar” bildirir ki, Fəvvarələr Meydanında tanınmış estrada müğənniləri Rahidə Baxışova, Yaşar Yusub, əməkdar artist Ruhəngiz Allahverdiyeva, Abbas Əhməd, Çinarə Bəkirova, Dua Murad, Rauf Əhmədov, Həmidə Hüseyn, Könül Məmmədli, Aksay və Samir, Orxan Babazadə, Elvin Abbasov, Elçin İsmayılzadə, İlqar Sadıqov, Sima Qasımova, Fərhad Xəlif, Nəcəf Nəcəfzadə, Aynur Əliyeva, Səma Heydərova, Nəzrin Məsmalıyeva, Ruslan Zülfüqarov, Ani Musagi, “Səma” rəqs qrupu, “Renessans” və “İnci” qruplarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.
Türkiyəli Mehtərlər Rus xalq mahnısını ifa etdilər
Rusiyanın paytaxtı Moskvada keçirilən "Spasskaya Tower” adlı hərbi musiqi festivalı keçirilib. “Olaylar” bildirir ki, Terkiyəni festivalda təmsil edən Mehtər qrupunun nümayiş yüksək qarşılanıb. Türk Silahlı Qüvvələrinin Mehtər Birliyinin nümayişi Moskvanın tarixi Qırmızı Meydanında olub. Mehtərlərinn geyimi, ifaları və Rus xalq mahnısı “Katyuşa” – nın səsləndirməli rusiyalı tamaşaçıların təəcübünə səbəb olub.
ABŞ-da qasırğa bəlası: enerji qıtlığı, 40 milyard dollarlıq ziyan...
ABŞ-ın şərq sahillərini, xüsusilə də Texas ştatını vurmuş "Harvi" qasırğası çox böyük və geniş miqyaslı itkilərə, fəsadlara səbəb olub. ABŞ-ın ən böyük ştatı olan Texasın əhalisinin 1/4 hissəsi və ya 7 milyon insan "Harvi"dən ziyan çəkib. Leysan yağışları davam edir. Meteroloqların son bəyanatlarına görə, Texas ştatının mərkəzi şəhəri Hyustonda və həndəvərlərində rekord miqdarda yağıntı (130) düşə bilər. Polislər və xilasedicilər təhlükəsiz yerlərdə olan insanlardan su basmış küçələrə çıxmamağı rica edirlər. Alimlərin fikrincə, "Harvi"nin gücünü və yağıntıların miqdarını artıran əsas məqam qlobal iqlim dəyişiklikləridir. "Harvi" qasırğasında küləyin maksimal sürəti 215 km/saat olub. 310 min insan elektrikdən məhrum qalıb. Minlərlə ev dağılıb, 3 insan həlak olub.
Başqırdıstanın paytaxtında avtomobildə bomba partlayıb
Başqırdıstanın paytaxtı Ufada park edilmiş avtomobildə bomba partlayıb. Ticarət mərkəzinin yaxınlığında baş verən hadisə zamanı avtomobildə olan şəxs çoxsaylı xəsarət alıb. İstintaq bunu şəxsi və ya məişət zəminində baş verən sui-qəsd kimi qiymətləndirib.
Türkiyədə paxlava qızıl qiymətinə yüksəldi
Qaziantep mətbəxinin ən məşhur şirniyyatlarından olan "Antep paxlavası"nın qiyməti 15 faiz bahalaşıb. Buna səbəb Antep fıstıqlarının qiymətinin artması olub. Fıstıqlı paxlavanın kilosu 70 lirəyə yüksəlib. Qeyd edək ki, ötən il fıstığın kiloqramı 45-55 lirə, paxlava 60 lirə təşkil edirdi. Hazırda isə Türkiyədə fıstığın kiloqramı 120 lirədir.
Gəncədə tapılan yeraltı yolların tarixi sirri - AMEA AÇIQLADI
Qədim Gəncənin mərkəzində yeni su və kanalizasiya xətlərinin çəkilişi zamanı qədim kəhriz və bir neçə əsr yaşı olan yeraltı keçidlər aşkarlanıb. Kəhrizlərin içərisi hələ də yarıya qədər su ilə doludur. Yeni tapıntı ilə bağlı daha detallı məlumat almaq üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə bölməsi ilə əlaqə saxladıq.
“Onları öldürə bilərsiniz!” - Prezidentdən növbəti ƏMR
Filipinlər prezidenti Rodriqo Duterte narkoticarətlə mübarizə üzrə kampaniya çərçivəsində polis əməkdaşlarına “gicləri” öldürməyə icazə verib. “Sizin xidməti borcunuz tələb edir ki, həbs vaxtı müqavimət göstərən insanların öhdəsindən gələsiniz. Siz müqavimət göstərən gicləri öldürə bilərsiniz, bu mənim əmrimdir”, - Duterte bildirib.
Fahişəliklə məşğul olan polis saxlanıldı
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) fahişəliklə məşğul olmaqda şübhəli bilinən əməkdaşı saxlanılıb. 1985-ci il təvəllüdlü qadın polis bölməsinə gətirilib.
Səfirdən etiraf: "İndoneziyaya İslam dinini azərbaycanlı aparıb"
İslam dini İndoneziyada azərbaycanlının sayəsində yayılıb. Bunu avqust ayında Bakıda keçirilən brifinqdə İndoneziyanın səfiri bildirib. Səfir bildirib ki, İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir.
Tibb işçisi 80-dən çox xəstəni öldürüb
Almaniyada tibb işçisi (tibb qardaşı) 80-dən artıq insanın ölümündə şübhəli bilinir. Bundan əvvəl tibb işçisi Nils Heyqel iki xəstənin öldürülməsi ittihamı ilə mühakimə edilib və 2015-ci ilin fevralında ömürlük azadlıqdan məhrum edilib. N.Heyqel bəyan edib ki, Delmenhorst və Oldenburq şəhərlərində yerləşən xəstəxanalarda reanimasiya şöbələrində 90-a qədər xəstəni dozadan xeyli artıq dərman verərək öldürüb.
Qaydaları pozan sürücüsü işdən qovuldu
Metronun “Neftçilər” stansiyası yaxınlığındakı piyada keçidində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair yayılan 40 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun (Dövlət Qeydiyyat Nömrəsi 10-TG-832) sürücüsünün videogörüntlə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılıb.













