ABŞ-da qasırğa bəlası: enerji qıtlığı, 40 milyard dollarlıq ziyan...
ABŞ-ın şərq sahillərini, xüsusilə də Texas ştatını vurmuş "Harvi" qasırğası çox böyük və geniş miqyaslı itkilərə, fəsadlara səbəb olub. ABŞ-ın ən böyük ştatı olan Texasın əhalisinin 1/4 hissəsi və ya 7 milyon insan "Harvi"dən ziyan çəkib. Leysan yağışları davam edir. Meteroloqların son bəyanatlarına görə, Texas ştatının mərkəzi şəhəri Hyustonda və həndəvərlərində rekord miqdarda yağıntı (130) düşə bilər. Polislər və xilasedicilər təhlükəsiz yerlərdə olan insanlardan su basmış küçələrə çıxmamağı rica edirlər. Alimlərin fikrincə, "Harvi"nin gücünü və yağıntıların miqdarını artıran əsas məqam qlobal iqlim dəyişiklikləridir. "Harvi" qasırğasında küləyin maksimal sürəti 215 km/saat olub. 310 min insan elektrikdən məhrum qalıb. Minlərlə ev dağılıb, 3 insan həlak olub.
28 Avqust 2017 15:19 DünyaABŞ-ın şərq sahillərini, xüsusilə də Texas ştatını vurmuş "Harvi" qasırğası çox böyük və geniş miqyaslı itkilərə, fəsadlara səbəb olub. ABŞ-ın ən böyük ştatı olan Texasın əhalisinin 1/4 hissəsi və ya 7 milyon insan "Harvi"dən ziyan çəkib. Leysan yağışları davam edir. Meteroloqların son bəyanatlarına görə, Texas ştatının mərkəzi şəhəri Hyustonda və həndəvərlərində rekord miqdarda yağıntı (130) düşə bilər. Polislər və xilasedicilər təhlükəsiz yerlərdə olan insanlardan su basmış küçələrə çıxmamağı rica edirlər. Alimlərin fikrincə, "Harvi"nin gücünü və yağıntıların miqdarını artıran əsas məqam qlobal iqlim dəyişiklikləridir. "Harvi" qasırğasında küləyin maksimal sürəti 215 km/saat olub. 310 min insan elektrikdən məhrum qalıb. Minlərlə ev dağılıb, 3 insan həlak olub.
Texas ştatında təbii fəlakət rejimi tətbiq olunub. Son 12 ildə ABŞ-da ən güclü qasırğa sayılan "Harvi"nin ölkə iqtisadiyyatına vurduğu ziyan artıq 40 milyard dollara çatıb. Texas ştatında güclü leysan yağışları hələ bir neçə gün də davam edəcək. Bu isə daha genişmiqyaslı daşqınlara səbəb olacaq. Texas ştatında yerləşən və ABŞ-dakı bütün neft emalı həcminin 12 faizini təşkil edən zavodların əksəriyyəti işini dayandırıb. Bu isə ölkədə benzin qıtlığı yaradıb. Wall Street Journal bildirir ki, ABŞ-da benzinin qiyməti 1 qallona görə 1,59 dollaradək bahalaşıb. Milli.az ABC News-a istinadən xəbər verir.