Gündəm
Azərbaycanlı həkimin Türkiyədə “Doberman” xobbisi biznesə çevrildi
Samsunda həkimlik edən azərbaycanlı Elgün Dadaşov xobbi olaraq yetişdirdiyi “doberman” cins itlərini xarici ölkələrə satır. Türkiyə mediasının əldə etdiyi məlumata görə, “Ondokuz Mayıs Universitesi” Tibb fakultəsinin məzunun olan 32 yaşlı azərbaycanlı Dr. Elgün Dadaşov universiteti bitirdikdən sonra Samsunda yaşamağa başlayıb. Özəl xəstəxanalardan birində həkimlik etdikdən sonra şəxsi yerini açan Dadaşov artıq 16 ildir ki, Türkiyədə yaşayır. 6 ildir xobbi olaraq “doberman” yetişdirməyə başlayan Dadaşov cins itlərin balalarını 4 min 500, 5 min lirə arasında xarici ölkələrə satır. 7 damazlıq iti və balaları olan Dadaşov itlərini keçi südü ilə bəsləyir.
Çin və Hindistan 2 aydır davam edən sərhəd münaqişəsinə son qoydular
Çin və Hindistan 2 aydır Doklam vadisi ilə bağlı yaranmış münaqişəni dayandırmaq qərarına gəliblər. Bu barədə Hindistan Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilir ki, tərəflər sərhəd xətlərində yerləşdirilmiş qoşunların sürətlə uzaqlaşdırılması barədə razılığı gəliblər.
Mədəniyyət və İncəsənət Universitetinin tələbəsinin intiharının TƏFƏRRÜATI
Masallı rayonunun Şərəfə kəndində 20 yaşlı Sədi Bəşirov intihar edib. Kənd sakinlərinin verdiyi məlumata görə, Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi olan S.Bəşirov nənəsi ilə birlikdə yaşayırdı. O, əmisinin həyətindəki yarımçıq tikilidə intihar edib: “Sədinin anası illərdir ağır xəstədir. O, hələ ailə qurmamışdan əvvəl avtomobil qəzası keçirib. Ağır kəllə-beyin travması almışdı. Həmin qəzadan beynində problem qalıb. Uşaqları olandan sonra xəstəlik daha da kəskinləşdi. 4-5 ildir ki, Sədinin anası Bakıda xalasının yanında qalır. O, yataq xəstəsi olmasa da, tək özünü idarə edə bilmir. Sədinin atası ilə boşanandan sonra başqa bir qadınla ailə qurub Bakıda yaşayır. Onun yoldaşından ayrılma səbəbi də məhz xəstəliyi idi”.
Akif Çovdarovun məhkəməsində vəkil çıxış edib
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Azərbaycanda uşaqlara ilk dəfə verilən 4 AD
Son dövrlərdə Azərbaycanda uşaqlara qoyulan adların siyahısına daxil olan adların çoxu türk mənşəlidir. Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. Onun sözlərinə görə, son zamanlar siyahıya çoxlu sayda yeni adlar daxil edilib: "Bilirsiniz ki, ad yaradıcılığı daim inkişafdadır. Artıq valideynlər də axtarışdadır və yeni adlar kəşf etmək istəyirlər. Son zamanlar həm qız, həm də oğlan adlarında valideynlər daha çox türk mənşəli adlara üstünlük verir.
Ermənistanda kimya zavodu yanır
Ermənistanın paytaxtı Yerevanda “Nairit” kimya zavodunda yanğın başlayıb. Məlumatına görə, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğının söndürülməsi davam edir. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Saxta məktəbli formalarının aşkarlanması üçün reydlərə başlanıldı
Azərbaycanda ticarət mərkəzlərində satılan saxta məktəbli formalarının aşkarlanması üçün bu gündən reydlərə başlanılıb. Bunu "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin Satış şöbəsinin rəisi Etibar Əzimov deyib.
Gələn ildən işsizlərə sığorta haqqı ödəniləcək
“İşsizlikdən sığorta haqqında” qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb. Hazırda həmin fərmanın icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülməkdədir”.
Türkiyədə TERROR
Türkiyənin Şırnak vilayəti növbəti dəfə PKK terrorçularının hücumuna məzruz qalıb. “Olaylar” bildirir ki, Uludərə mahalında yol tikintisində çalışan işçilərə silahlı hücuma məruz qalıblar. Terror hadisəsi zamanı 3 işçi həlak olub. Terrorçuları yaxalamaq üçün bölgədə əməliyyat başladılıb.
2881 mənzildə müayinələr aparılır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair tədqiqatın sahə işlərinə start verilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) işçi qrupu və bu tədqiqat üçün xüsusi olaraq hazırlanmış mütəxəssislər tərəfindən Bakı, Sumqayıt şəhərləri və Xızı rayonu ərazisində aparılıb.
Deyilənə görə, şirinlik dərhal öz təsirini göstərir... Günel Natiq yazır
Tanışımın həyat yoldaşının qəribə şakəri var. Kişinin nəyəsə acığı tutanda əşyalarını toplayıb sakitcə evi tərk edir. Əsəbləri soyuyandan sonra isə (adətən 1-2 ay çəkir) yenidən heç nə olmamış kimi geri qayıdır. Arvadı ərinin xarakterinə bələd olduğundan onu elə qarşılayır, elə bil səhər özü işə yola salıb. Və ailə yenidən qaldığı yerdən yaşamağa davam edir. Əvvəllər bu ailənin həyat tərzi mənə qəribə gəlirdi, sonra düşündüm ki, ruslar demiş, özgə ailə yad meşə kimidir, nabələd adam azıb qalar.
Bakıda yaşayış binasında yanğın olub
Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 62 m2 olan 3 otaqlı mənzilin mətbəxinin lambirindən ibarət tavanı 9 m2 sahədə və 2 m2 sahədə ev əşyaları yanmışdır. Yüksək temperaturdan 1 ədəd kondisioner və 1 ədəd televizor ərimişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Vatan Şaşmaz ölümündən bir neçə dəqiqə əvvəl - Oteldən video
Türkiyənin məşhur aparıcı-aktyoru Vatan Şaşmazın hadisə baş verən otelə girən zaman lentə alınan görüntüləri yayılıb. Yayılan videoda aktyorun otel və otağa girişi yer alıb.
“Universitetlər sözün əsl mənasında bazara çevrilməlidir…”
Zaman-zaman test üsulunun ləğvi ilə bağlı məsələ gündəmi zəbt edir, lakin onun reallaşması üçün zəmin olmadığından tez də unudulur. Məsələ orasındadır ki, ali məktəbə qəbul üçün nəzərdə tutulan test üsulu barədə fikirlər birmənalı deyil. Test üsulunun ləğvi təşəbbüsünə dəstək verənlər də olur, onu qətiyyətlə inkar edənlər də. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin növbəti qəbul illərində həyata keçiriləcək dəyişikliklərlə bağlı açıqlaması da yenidən sözügedən məsələni aktullaşdırıb.
Tikinti şirkətlərinin “kommunal xidmət haqqı oyunu”
Son vaxtlar çoxmənzilli yaşayış binalarında kommunal xidmət haqları məsələsi gündəmi zəbt etməkdədir. Sakinlərin iddiasına görə, tikinti şirkətləri onlardan qanunvericilikdə nəzərdə tutulmayan kommunal xidmət haqları tələb olunur, əvəzində isə heç bir xidməti iş aparmırlar. Beləliklə, sadə vətəndaşlar üçün kifayət qədər böyük həcmdə olan pulu yalnız liftdən istifadə, blokun işıqlandırması, məişət tullantılarının atılması və binanın girişlərinin təmizlənməsinə görə istəyirlər.














