Azərbaycanlı həkimin Türkiyədə “Doberman” xobbisi biznesə çevrildi
Samsunda həkimlik edən azərbaycanlı Elgün Dadaşov xobbi olaraq yetişdirdiyi “doberman” cins itlərini xarici ölkələrə satır. Türkiyə mediasının əldə etdiyi məlumata görə, “Ondokuz Mayıs Universitesi” Tibb fakultəsinin məzunun olan 32 yaşlı azərbaycanlı Dr. Elgün Dadaşov universiteti bitirdikdən sonra Samsunda yaşamağa başlayıb. Özəl xəstəxanalardan birində həkimlik etdikdən sonra şəxsi yerini açan Dadaşov artıq 16 ildir ki, Türkiyədə yaşayır. 6 ildir xobbi olaraq “doberman” yetişdirməyə başlayan Dadaşov cins itlərin balalarını 4 min 500, 5 min lirə arasında xarici ölkələrə satır. 7 damazlıq iti və balaları olan Dadaşov itlərini keçi südü ilə bəsləyir.
28 Avqust 2017 14:43 DünyaSamsunda həkimlik edən azərbaycanlı Elgün Dadaşov xobbi olaraq yetişdirdiyi "doberman" cins itlərini xarici ölkələrə satır. Türkiyə mediasının əldə etdiyi məlumata görə, "Ondokuz Mayıs Universitesi" Tibb fakultəsinin məzunun olan 32 yaşlı azərbaycanlı Dr. Elgün Dadaşov universiteti bitirdikdən sonra Samsunda yaşamağa başlayıb. Özəl xəstəxanalardan birində həkimlik etdikdən sonra şəxsi yerini açan Dadaşov artıq 16 ildir ki, Türkiyədə yaşayır. 6 ildir xobbi olaraq "doberman" yetişdirməyə başlayan Dadaşov cins itlərin balalarını 4 min 500, 5 min lirə arasında xarici ölkələrə satır. 7 damazlıq iti və balaları olan Dadaşov itlərini keçi südü ilə bəsləyir.
"Doberman"ın alman əsilli bir it olduğunu deyən Dadaşov sahibinə və sevdiklərinə hücum etmədikləri müddətdə onların heç kimə zərər verməyəcəyini deyir. Bu cins itlər sahiblərinə çox bağlıdırlar. Özləri üçün bir insanı sahib seçərlər, digər ailə fərdlərini isə qoruyar və müdafiə edərlər. Amma özəlliklə bir insana daha çox itaət edərlər.
6 ildir "Doberman" itlərinə baxdığını, 3 ilə yaxındır ki, bu cins itlərini yetişdirdiyini bildirən Dadaşov "artıq 1 il yarımdır ki, "doberman" itlərinin xarici ölkələrə satışını həyata keçirirəm. Cins itləri almaq istəyənlər əvvəlcədən qeydiyyata düşürlər. Kipr, İraq və Azərbaycana cins itlər satmışam. Almaniya və Belçikadan istəyənlər də var" deyə bildirib. A24.az



