“Universitetlər sözün əsl mənasında bazara çevrilməlidir…”

Zaman-zaman test üsulunun ləğvi ilə bağlı məsələ gündəmi zəbt edir, lakin onun reallaşması üçün zəmin olmadığından tez də unudulur. Məsələ orasındadır ki, ali məktəbə qəbul üçün  nəzərdə tutulan test üsulu barədə fikirlər birmənalı deyil. Test üsulunun ləğvi təşəbbüsünə dəstək verənlər də olur, onu qətiyyətlə inkar edənlər də. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin növbəti qəbul illərində həyata keçiriləcək dəyişikliklərlə bağlı açıqlaması da yenidən sözügedən məsələni aktullaşdırıb.

Yadigar Cəfərli: "Amma bu bazarda yalnız bilik satılmalıdır"

Zaman-zaman test üsulunun ləğvi ilə bağlı məsələ gündəmi zəbt edir, lakin onun reallaşması üçün zəmin olmadığından tez də unudulur. Məsələ orasındadır ki, ali məktəbə qəbul üçün  nəzərdə tutulan test üsulu barədə fikirlər birmənalı deyil. Test üsulunun ləğvi təşəbbüsünə dəstək verənlər də olur, onu qətiyyətlə inkar edənlər də. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin növbəti qəbul illərində həyata keçiriləcək dəyişikliklərlə bağlı açıqlaması da yenidən sözügedən məsələni aktullaşdırıb. DİM rəhbəri deyib ki, iki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək: "Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəklində imtahan verəcəklər. Bu il kurrikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub". Məleykə Abbaszadə bildirib ki, hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır: "Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli  sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir". Bəs görəsən, qəbul imtahanlarında test üsulunun ləğv edilməsinin hansı müsbət və ya mənfi tərəfləri olacaq? Ümumiyyətlə, test üsulunun ləğvinə zərurət varmı?

Filologiya elmləri namizədi Yadigar Cəfərli bildirib ki, ümumiyyətlə ali məktəbə qəbul imtahansız olmalıdır: "Testlə bağlı məsələni daha kəsə qoyub deyim ki, ali məktəblərə qəbul ümumən imtahansız olmalıdır. Orta məktəb attestatını alan hər növcavan kağız-kuğazını qoltuğuna vurub istədiyi ali məktəbdə tələbəliyə başlaya bilməlidir". Y. Cəfərli fikrini onunla əsalandərəb ki, əsas məsələ ali təhsilə başlamaq deyil, onu necə bitirməkdir: "Bundan ötrü isə qəbul prosesi yox, ali məktəblərin özündəki imtahanlar sərtləşdirilməlidir. İndiki tələbə qəbulu sisteminin sərt və şəffaf qaydaları mərkəzləşmiş qaydada ali məktəblərdəki imtahan sessiyalarında tətbiq olunmalıdır. Hər ay keçirilən imtahanlarla ələmələr aparılmalıdır. Hətta bir adamın arzuladığı ixtisasa yiyələnməkdən ötrü 5-6 ili auditoriyada yelə verməsi də şərt sayılmamalıdır. İnsan istənilən yaşda lazımi proqramları, tədris materiallarını əldə edib, imtahanları vaxtı-vaxtında verməklə təhsil sənədi əldə edə bilməlidir. Yoxsa görürsən ki, biri uşaq-yeniyetmə olanda təhsilin dəyərini bilməyib. Bəlli bir yaşa qədər ali təhsil imkanı əlindən çıxıb. İndi isə haradasa balaca bir işdə işləyir və ətrafına baxıb anlayır ki, əgər ali təhsili olsaydı, daha yaxşı karyera qura bilərdi. Adamın səhvini düzəltmək üçün əqli imkanları var. Amma artıq qatar gedib. Bu yaşdan sonra repetitor yanına yollanıb qəbul imtahanında iştirak edəsi deyil. Və ya biri vaxtilə ali təhsil alıb amma indi ixtisasını dəyişmək istəyir. Olmazmı?! Belələrinə də şans verilməlidir. XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış bir çox mütəfəkkirlərin tərcümeyi-halına baxırsan ki, çoxu ali məktəbi dinləyici kimi bitirib. İndi də ali məktəblər yubanmadan qapılarını dinləyicilərin üzünə açmalıdır.İmkan yaratmalıdırlar ki, öyrənib özünü inkişaf etdirmək istəyən hər kəs universitet professorlarının mühazirələrini dinləyib axırda imtahan verə bilsin. İnternet resursları bu mühazirələrin videoları ilə doldurulmalıdır. Qoy vaxtı olmayan öz dilimizdə həmin videolara baxıb təhsilini də, diplomunu da beləcə alsın. Universitet auditoriyalarından internet vasitəsilə canlı yayımlar təşkil edilməlidir". Y. Cəfərli onu da əlavə edib ki, universitetlər sözün əsl mənasında bazara çevrilməldir, amma bu bazarda yalnız bilik satılmalıdır: "Və bu biliyi arzusunda olan, ehtiyac duyan hər kəs ala bilməlidir. Müştəri adi bazarda kartof-soğanı, göy-göyərtini seçib aldığı kimi tələbələr də ödədikləri təhsil haqqı qarşılığında keyfiyyətli bilikləri, bu bilikləri öyrədən müəllimləri seçmək imkanına malik olmalıdırlar. 90-cı illərin sonlarında hər dəfə gecə vaxtı BDU-nun yanından keçəndə o zaman özümün də təhsil aldığım bu universitetin bəzi pəncərələrindən işıq gəldiyini görüb xoş hisslər keçirərdim. Düşünərdim ki, indi də o otaqlarda tələbələr, müəllimlər var (onda axşam təhsili qalırdı) dərs keçilir. Məncə XXI əsrdə o cəmiyyətlər irəli gedəcək ki, onların universitetlərinin pəncərələrindən səhərə qədər işıq gəlsin".

Onun sözlərinə görə, sessiya imtahanlarını Dövlət İmtahan Mərkəzinin keçirməsi daha faydalı olar: "İndiki sistemdə uşaqlar repetitorlarla hazırlaşıb yaxşı bal yığaraq, ali məktəbə qəbul olunur və onlardan bir qismi ali məktəbdə daha əvvəlki səylə oxumaq istəmir. Beləliklə, yüksək bilikli mütəxəssis hazırlığında problem yaranır. Amma ali məktəblərə qəbulun imtahansız, sessiya imtahanlarının isə sərt və güzəştsiz olması, bu baxımdan daha yaxşı nəticələr verər. Üstəlik tələbələrin qiymətləndirilməsi və yenidən yerləşdirilməsi prosesində əmək bazarının da güclü monitorinqi aparılar. İmtahanda yaxşı nəticə toplaya bilməyən tələbəyə təklif edilə bilər ki, məsələn sessiya imtahanında topladığın bal, tutaq ki, huquq ixtisası üzrə təhsili davam etdirməyinə imkan verməsə də, daha aşağı bal tələb edən başqa bir ixtisasa yiyələnə bilərsən. Həmin ixtisasa isə əmək bazarında 3-4 ildən sonra bu qədər tələbat olacaq. Y.Cəfərli hesab edir ki, hazırda əksər valideynləri narahat edən təhsil  haqlari da ilk tədris ilinin sonundan başlayaraq tələbələrin nəticələrinə əsasən alına bilər: "Dövlət imtahan nəticələrinə əsasən, xüsusilə yüksək istedada malik gənclərin təhsil xərclərini üzərinə göturə bilər. Lazımi nəticəni göstərə bilməyən tələbələr isə, öz istəkləri ilə təhsil haqqı ödəyərək təhsilə davam edə bilərlər. Bir çox özəl ali məktəblərin də yüksək nəticə göstərmiş tələbələrə təhsil haqqında güzəştlər etməsi, müxtəlif təqaüdlərin təsis olunması da mümkün variantlardır".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31